Previous Next
Bağla

Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

03-08-2019 10:25
Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

Xeberler.az bildirir ki, kifayət qədər nüfuzlu Cable (cable.co.uk) qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb. Cable 12 ay ərzində 208 ölkə arasında ( may, 2019-dək ) aparılan milyonlarla test nəticəsində toplanan materialları analiz etməklə bu statistikanı açıqlayıb. Cable bu araşdırmanı apararkən Google, PanetLab və s. bu tip tanınmış qurumlarla əməkdaşlıq edib. Dünya üzrə İnternetin sürəti ilə bağlı Cable –in 208 ölkə üzrə Reytinq Cədvəlindən bəzi ölkələr üzrə nəticələri belədir :

1. Tayvan , 85 mb/s
2. Sinqapur 70 mb/s
3. Estoniya 31 mb/s
4. Polşa 24 mb/s
5. Belarus 13 mb/s
6. Ukrayna 7.7 mb/s
7. Gürcüstan 7 mb/s
8. Türkiyə 5 mb/s
9. Ermənistan 4.8 mb/s
10. Qazaxstan 4.6 mb/s
11. İran 4.3 mb/s
12. Zambiya 3.1 mb/s
13. Azərbaycan 3.1 mb/s 
14. Zimbabve 2.7 mb/s
15. Qırğızıstan 2.5mb/s
16. Özbəkistan 1.3 mb/s
17. Türkmənistan 0.7 mb/s

2019-cu ildə Dünya üzrə orta sürət 11 mb/s olub. ( 2018-ci ildə orta sürət 9 mb/s olub ). Cədvələ əsasən Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutub. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub. Yəni, ölkəmiz İnternet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır.

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məsələ ilə bağlı fikirlərini bildirib. Ekspertin sözlərinə görə, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi son iki ildə olduqca konservativ və səhv siyasət yürüdür. Genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb. Bunu etiraf etməkdən də çəkinmirlər. Nazirlik deyir ki, hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəli Kabel-Kanal sisteminə yaxın buraxmır. Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui-istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib. 

Sektorda dövlətin xüsusi çəkisi hədsiz dərəcə yükəslib. Azercell dövlətləşəndən sonra hiss olunur ki, nazirlik mobil internet bazarında bu qurum üçün daha üstün vəziyyət yaratmaqda maraqlıdır. 50% internet bazarını ələ keçirən dövlət provayderləri bundan doymayaraq , yeni infrastruktur yaratmaq əvəzinə , köhnələri ələ keçirir. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini “oğurlamaqla” məşğuldur. Regionlarda infrastruktur zəif inkişaf etdirilir. Alternativlər yoxdur. Elə bir neçə gün öncə Balakəndə adi bir texniki problem nəticəsində 7 saat internetin olmaması buna misaldır. 

Bu statistika Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nə necə təsir edir ? 
Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğundurmu bu statistika ?

Əgər nazirlik özəl Provayderləri Kabel-kanal sisteminə daxil olmağa icazə versəydi onların da resurslarından istifadə etsəydi, özəllər üçün münbit şərait yaratsaydı , regionlarda normal infrastruktur qurulsaydı, özəl backbone provaydrein 70% -lik qiymət endirimini blokadaya almasaydı bu nəticələr necə dəyişə bilərdi ?

Osman Gündüz ümid edir ki, hökumət cavabdeh şəxslərdən hesabat tələb edəcək. Sonda ekspert qeyd edib ki, Strateji Yol Xəritəsinin icrası ilə bağlı son hesabatlarda da Nazirliyin vəziyyəti yaxşı görsənmirdi. Strateji Yol Xəritəsinə görə Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıdır. Bu sənədə görə gələn il Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tənzimləyici səlahiyyətləri əlindən alınmalı və Müstəqil Tənzimləyici qurum- Milli Telekommunikasiya Şurası yaradılmalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan internetin sürətinə görə dünyada 167-ci yerdədir

15-09-2021

Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

06-08-2019

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019

Nazirlikdən açıqlama: Reytinq cədvəli həqiqəti əks etdirmir

07-08-2019

Azərbaycan genişzolaqlı internet qiymətlərinin ucuzluğuna görə dünyada öndədir

02-08-2023

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018

Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib

23-10-2018

Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

11-07-2019

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

17-02-2025

Azərbaycanda mobil və sabit internetin sürəti azalıb

16-06-2021

Nazirlik rəsmisi: "Son 5 ildə internetin median yükləmə sürəti 9 dəfə artıb"

25-02-2026

Mobil və sabit internetin sürəti dekabrda azalıb

21-01-2021

Dünyanın ən sürətli internetinə sahib ölkələrin siyahısı

19-05-2015

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb

18-08-2020

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

Genişzolaqlı internetin orta sürəti 19 faiz artıb

18-05-2026

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə