Previous Next
Bağla

Nazirlikdən açıqlama: Reytinq cədvəli həqiqəti əks etdirmir

07-08-2019 15:53
Nazirlikdən açıqlama: Reytinq cədvəli həqiqəti əks etdirmir

Xeberler.az bildirir ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ötən gün Cable ( Cable.co.uk) qurumunun dünya ölkələri arasında internetin sürəti ilə bağlı açıqladığı Reytinq Cədvəlinə etirazını bildirib. Həmin Cədvəldə Azərbaycanın son iki ildə 33 pillə geriləyərək 208 ölkə arasında 142-ci yerdə olması vurğulanırdı.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib ki, “Cable.co.uk” təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır və bu təşkilat monitorinq olunan ölkələrin sayını da artırdığından Azərbaycanla bağlı vəziyyət pisliyə dəyişib. Nazilrik Bakıda və regionlarda geniş zolaqlı internetlə bağlı yeni Layihənin icra olunduğunu da diqqətə çatdırıb. 

Məsələyə İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib: "Təəssüf ki, Nazirlik yenə də mahiyyəti üzrə açıqlama verməkdən yayınıb. Gətirdiyi arqumentərin heç biri mahiyyəti üzrə deyil. Əksinə, yalnız dövlət qurumları tərəfindən aparılan layihələri sadalamaqla, özəl sektorun fəaliyyətindən danışmamaqla, bəlkə də inkişafın nə üçün ləng getməsinin səbəbini dolayısıyla açıqlamış olub. Nazirlik İnternetin inkişafını səciyyələndirən daha ciddi, birbaşa mahiyyətə dəxli olan arqumentlər gətirə bilərdi. Lakin təəssüf ki həmin arqumentlər,əslində Cable qurumunun açıqladığı Reytinq Cədvəlinin reallığa daha çox yaxın olduğunu təsbiq edəcəkdi".

Ekspert ölkədə son illərdə yüksək sürətli internet istifadəçilərin sayında ciddi artım olmadığını deyib və bunun səbəblərini vurğulayıb:

"Çünki , Nazirliyə tabe olan dövlət provayderləri yeni müştərilər cəlb etmək əvəzinə özəl provayderlərin müştərilərini ələ keçirməklə məşğul olub.Həm də Nazirlik, yeni infrastruktur yaratmaqdan çox özəl provaydrelərin olduğu yaşayış binalarına daha çox diqqət yetirib. Nazirlik çox yaxşı bilir ki, özəl Provayderlər 3 ildə bir nəfər də olsa genişzolaqlı internet istifadəçisini qoşa bilməyiblər. Çünki Nazilik onları sadəcə Kabel-kanal sisteminə yaxın buraxmayıb".

Osman Gündüz qeyd edib ki, Backbone provayderlər şikayətlənirlər ki, nəinki yeni tarfik gətirmək , əksinə ölkəyə gətirdikləri trafiki ölkə daxilinə sata bilmirlər və bu səbəbdən də trafiki xarici bazarlara satırlar. Backbone provayderlər bazarı inkişaf etdirmək üçün qiyməti 70% endirmək istədikdə isə bazarlaın 50%-nə nəzarət edən dövlət provayderləri bu təşəbbüsü yerindəcə boğurlar. Aparılan monitorinqlər göstərir ki, trafiklərdə ciddi artımlar qeydə alınmayıb və dəfələrlə bu barədə məlumat verilib. Azercellin son 3 ildə Deltadan aldığı trafikin həcminə baxmaq yetərlidir.

Ekspert sonda bildirib ki, ötən illərdən fərqli olaraq sürətli geriləməyimiz, Nazirliyin dediyi kimi Reytinqdəki ölkələrin sayının çoxalması deyil. Səbəb həm də odur ki Reytinq Cədvəlindəki digər ölkələr “yatmayıblar” , onlar bu sahədə sadəcə daha sürətli irəli gediblər.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan internetin sürətinə görə dünyada 167-ci yerdədir

Azərbaycan internetin sürətinə görə dünyada 167-ci yerdədir

15-09-2021
Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

03-08-2019
Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

06-08-2019
Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021
Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019
Ekspert: NRYTN haqsız rəqabət aparır

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
Azərbaycanda internet niyə zəifdir?

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018
Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019
Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

11-07-2019
İnternet tarifləri aşağı salınacaqmı?

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019
Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019
Nazir müavini internetin sürətinin aşağı olmasına münasibət bildirib

Nazir müavini internetin sürətinin aşağı olmasına münasibət bildirib

06-11-2019
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020
Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018
Son illərdə İKT sektorunda baş verənlərin müqayisəsi

Son illərdə İKT sektorunda baş verənlərin müqayisəsi

04-06-2019
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016
Azərbaycanda orta internet sürəti niyə zəifdir?

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018
Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib

Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib

23-10-2018
Regionlarda internet niyə zəifdir ?

Regionlarda internet niyə zəifdir ?

13-09-2019
Ekspert bloklanan saytlardan danışdı

Ekspert bloklanan saytlardan danışdı

19-07-2019
Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015
Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

12-10-2017
Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə