Previous Next
Bağla

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021 16:25
Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil
Dünyada və Azərbaycanda internetin sürəti necədir ?
 
Britaniyann nüfuzlu Cable (cable.co.uk) qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz münasibət bildirib.
 
Osman Gündüzün sözlərinə görə, Azərbaycanın əldə etdiyi nəticə potensial imkanlarımız baxımından xoşagələn bir göstərici deyil. Reytinq Cədvəlinə görə bu göstərici qonşu ölkələr içərisində də yetrəincə aşağı nəticədir.
 
"Düşünmək olar ki, ölkənin əsas provayderləri olan Baktelekom və Aztelekom dövlət provayderlərinin böyük əksəriyyət müştərilərinin 1-2 Mbit/s internet xidməti əldə etməsi də bu cür nəticə üçün əsas olub.
 
2021-ci ildə dünya üzrə orta sürət təxminən 30 Mb/san olub. Ölkələr arasında ən yüksək sürət 270 Mbit/s, ən aşağı sürət 0.5 Mbit/s olub. Xatırlayıram ki, 2019-cu ildə bu qurumun Reytinq Cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutmuşdu. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub".
 
Cable-in Reytinq Cədvəllərinə görə isə son illərdə Azərbaycan internetin sürətinə görə xeyli geriləyib.
 
Ekspert bildirib ki, son illərdə sektorda inhisarçılığın yüksək həddə olması, özəllər üçün dövlətə məxsus kabel-kanal infrastrukturundan istifadədə ciddi problemlərin olması, ölkə üzrə keyfiyyətli internet probleminin həllini ötən illərdə NRYTN-nin yalnız öz üzərinə götürməsi doğru yanaşma deyildi və bu da öz nəticəsini artıq göstrəməkdədir.
 
"Yeri gəlmişkən qeyd edim ki, genişzolaqlı internetə əlçatımlığı artırmaq və internetin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində NRYTN-in yeni rəhbərliyi tərəfindən hazırda dövlət və özəl provayderlərin birgə əməkdaşlığını nəzərdə tutan "dövlət-özəl tərəfdaşlığı" təşəbbüsü iərli sürülüb.
 
Bakı ətrafı və regionların kəndələrində, yaxın 1-2 il ərzində genişzolaqlı inetrnetin inkişafı üçün adı çəkilən təşəbbüs çərçivəsində tədbirlərə başlanıb. Hazırda Bakı ətrafında və regionlarda bu təşəbbüs çərçivəsində GPON və LTE texnologiyaları ilə evlərə internet xəttlərinin çəkilişinə start verilib.
 
Azərbaycanda keyfiyyətli internet probleminin olması dövlət başçısı səviyyəsində də vurğulanıb. Son illərin qlobal çağırışları, COVİD-19 pandemiyası da internetin, rəqəmsal sektorun inkişafını xeyli stimullaşdırıb".
 
Osman Gündüz qümid edir ki, yaxın zamanlarda yaradılması nəzərdə tutulan Müstəqil Tənzimləyici qurumun formalaşması da sektorda ciddi canlanma yaradacaq, rəqabətli mühiti inkişaf etdirəcək.
 
"İnanıram ki, Nazirlik özəl provayderlər üçün münbit şərait yaratmaqla, dövlət-özəl tərəfdaşlığını özəllər üçün cəlbedici və əlçatan etməklə, magistral infrastrukturun qurulmasına yetərincə investisiya ayırmaqla bütün ölkə üzrə keyfiyyətli internet problemini yaxın bir-iki ildə tam həll edə biləcək.
 
Yeri gəlmişkən, Strateji Yol Xəritəsinə görə Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıydı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan internetin sürətinə görə dünyada 167-ci yerdədir

15-09-2021

Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

03-08-2019

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

17-02-2025

Nazirlikdən açıqlama: Reytinq cədvəli həqiqəti əks etdirmir

07-08-2019

Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

06-08-2019

Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

11-07-2019

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019

Mobil və sabit internetin sürəti dekabrda azalıb

21-01-2021

Azərbaycanda mobil və sabit internetin sürəti azalıb

16-06-2021

Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb

18-08-2020

Azərbaycanda internet trafikin orta sürəti nə qədərdir?

05-01-2012

Azərbaycan genişzolaqlı internet qiymətlərinin ucuzluğuna görə dünyada öndədir

02-08-2023

Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

22-04-2021

Azərbaycanda noyabrda mobil internetin sürəti azalıb

16-12-2021

Dünyanın ən sürətli internetinə sahib ölkələrin siyahısı

19-05-2015

Azərbaycanda internetin sürəti 30 faiz artıb

24-01-2024

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 2 dəfədən çox artıb

15-02-2025

Avropada ən sürətli internet hansı ölkədədir?

13-10-2016

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Hansı ölkədə internet daha sürətlidir?

28-08-2015

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti artıb

10-03-2025

Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib

23-10-2018

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə