Previous Next
Bağla

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021 14:15
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?
"Xarici ölkələrdə Distant formada oxuyub diplom alanların bu diplomların ölkəmizdə tanınmaması ilə bağlı hökuməti və ya Təhsil Nazirliyini məhkəməyə verməsi üçün ciddi əsaslar yaranıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib: 
 
"Artıq bir ildir ki, ölkəmizdə ali təhsil distant forma verilir. Güman ki, bu, bir müddət də davam edəcək. İmtahanlar da distant formada təşkil olunur. Beləliklə, təhsil alma forması distantdlr və qiymətləndirmə də distantdır.
 
Yekunda isə bütün tələbələrə dövlət sənədi olan diplom təqdim olunacaq. Qəribədir ki, Təhsil Nazirliyi məhz təhsil formasının distant formada olmasını əsas gətirərək xaricdə distant formada təhsil alanların sənədlərini ümumiyyətlə yaxın buraxmır.
 
Məlum Qaydalarda imtina ilə bağlı belə bir bənd var:
 
"xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə".
 
Artıq məlum olduğu kimi, ölkəmizdə bütün ixtisaslar üzrə distant forma tətbiq olunur. Yəni, xarici distant diplomun tanınmasından imtina üçün əsaslar aradan qalxıb. Amma Təhsil Nazirliyi bu bəndə əsaslanaraq xarici distant diplomları müzakirə predmetinə çevirmir. Bu tip təhsilalanlar, distant səbəbindən birmənalı olaraq rədd edilir. Beləliklə ziddiyətli vəziyyət yaranır.
 
Ölkədə distant formada alınan diplom dövlət tərəfindən tanınır amma, məsələn Harvard Universitetini distant formada bitirən şəxsin diplomu tanınmır".
 
Bu nə dərəcədə doğru bir yanaşmadır?
 
Ekspert qeyd edib ki, Xarici ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiqlənən təhsil sənədinin tanınmaması, indiki halda, ikili standartdan başqa bir şey deyil.
 
"Ölkəmizin təhsil sistemində yeni yaranmış situasiya hüquqi müstəvidə Təhsil Nazirliyini çıxılmaz vəziyyətə salan bir fakta çevrilib. Fikrimcə, hökumət, Təhsil Nazirliyi bununla əlaqəli qanunvericiliyin təkmilləşdirilməsinə başlamalıdır.
 
"Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" yenidən işlənməlidir. Diplomların tanınmasına, təhsil formasından və təhsil aldığı ölkədən asılı olmayaraq ümumi, vahid qaydalar əsasında yanaşmaq doğru olardı".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021
Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
Yeni tədris ilində dərslər bu formada keçiriləcək

Yeni tədris ilində dərslər bu formada keçiriləcək

27-08-2020
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020
Distant təhsil forması rəsmiləşəcəkmi ?

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024
UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019
"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023
İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020
UNEC-də bütün dərslər distant keçiriləcək

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020
 Bakıda Distant Təhsil Mərkəzi açılıb

Bakıda Distant Təhsil Mərkəzi açılıb

24-05-2012
Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025
UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020
Elm və təhsil naziri: Bu ildən distant təhsil modeli üzərində işləyirik

Elm və təhsil naziri: Bu ildən distant təhsil modeli üzərində işləyirik

10-05-2026
Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22-05-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə