Previous Next
Bağla

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023 15:03
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Türkiyədə baş verən dəhşətli zəlzələ səbəbindən universitetlərdə təhsil onlayn formaya keçirilib. Türkiyə universitetlərin hamısının yataqxanaları zəlzələdən əziyyət çəkənlərə xidmət edəcək.

"Azərbaycandan da xeyli sayda tələbələr Türkiyədə təhsil alırlar. Bizim qanunvericiliyə görə distant təhsil formasında alınan diplomlar tanınmır. Maraqlıdır ki, hökumətin yeni qəbul etdiyi sənədlərdə də xaricdən distant formada təhsil yolu ilə əldə olunan diplomlar tanınmır. Görəsən Türkiyədə onlayn təhsilə başlayan tələbələrin diplomlarını hökumət tanıyacaqmı, tanıyacaqsa, bu nəyin əsasında olacaq?".

Bunu Xeberler.az-a məsələni şərh edərkən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə Nazirlər Kabinetinin qəbul etdiyi yeni Qaydalara –“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na görə distant formada alınan diplomların tanınması nəzərdə tutulmayıb:

"Yeni Qaydaların 4-cü maddəsində tələbənin “hər bir tədris ili ərzində təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması" və “tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması” nəzərdə tutulub. Müxtəlif vaxtlarda təhsil rəsmiləri müxtəlif səbəblərdən, həmçinin distant formada təhsilə nəzarət imkanlarının yetərli olmadığını əsas gətirərək bu təhsil forması ilə alınan diplomları tanımağa ehtiyatla yanaşıblar. Proses xeyli vaxtdır ki, bu qaydada davam edir".

Ekspert qeyd edib ki, baxmayaraq ki, iki il özümüzün təhsil sistemində tədris distant formada aparılıb və hökumət bu qaydada verilən diplomlarımızı tanıyıb. Amma nüfuzlu xarici universitetləri distant bitirənlərin diplomlarını bizim hökumət hələ də tanımır:

"Düşünürəm ki, bu yanaşma qüsurludur. İndiki zamanda təhsil alanları distant formada təhsil almaqdan məhrum etmək, həmçinin öz universitetlərimizə də bu təhsil forması üzrə lisenziya verilməsindən imtina etmək doğru yanaşma deyil. Bununla biz, həm universitelərimizi , həm də yeni ixtisaslara can atan gənclərimizi sanki arxadan tutub saxlayırıq".

Osman Gündüz qeyd edib ki, dünyanın, qloballaşmanın, texnologiyaların və əmək bazarının indiki inkişaf səviyyəsində diplomların tanınmasını üçün tətbiq dilən “təhsil aldığı ölkənin ərazisində məcburi olmaq” prinsipi gənclərimizn və təhsil alanların hüquqlarını xeyli məhdudlaşdırır:

"Sürətlə dəyişən əmək bazarının tələblərinə uyğun olaraq müasir dövrdə yeni ixtisaslara yiyələnməyin, ixtisas artırmağın mühüm əhəmiyyət kəsb etdiyi bir zamanda belə bir “absurd” prinsipin rəhbər tutulması, düşünürəm ki, nəinki gənclərin müasir tələblərə uyğun formalaşmasının qarşısnı alır, eyni zamanda ölkəmizin rəqabətədavamlılığı üçün ciddi problemlər yaradır. Ümid edirəm hökumət, Elm və Təhsil Nazirliyi distant formada alınan diplomların tanınması üçün daha ağlanbatan bir yanaşma tətbiq edəcək".

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021
Agentlik “onlayn” formada təhsillə bağlı xəbərdarlıq edib

Agentlik “onlayn” formada təhsillə bağlı xəbərdarlıq edib

13-09-2024
Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020
UNEC-də bütün dərslər distant keçiriləcək

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020
Distant təhsil forması rəsmiləşəcəkmi ?

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024
Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020
"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023
Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

17-01-2022
Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020
Distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

Distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30-04-2025
Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020
UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə