Previous Next
Bağla

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019 12:37
İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Kaspersky” şirkəti ilə birgə keçirilən tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov açılış nitqi ilə çıxış edib. O, bildirib ki, internetdən təhlükəsiz istifadə ilə bağlı təmsil etdiyi qurum tərəfindən mütəmadi olaraq maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilməkdədir.

Xeberler.az bildirir ki, il ərzində müxtəlif təhsil müəssisələrində uşaqların, müəllim və valideynlərin sahə üzrə maarifləndirilməsi məqsədilə təlimlər və tədbirlər təşkil olunur. Daha sonra “Kaspersky” şirkətinin mütəxəssisləri tərəfindən Azərbaycanda istifadəçilərin qarşılaşdığı kiber təhlükələr barədə geniş məlumat verilib, son statistik göstəricilər diqqətə çatdırılıb.

Bildirilib ki, “Kaspersky” şirkətinin Azərbaycanda 2019-cu ilin yanvar-sentyabr aylarında apardığı anonim statistikaya əsasən, bu müddət ərzində ölkədə fərdi kompüter istifadəçilərinin 42 faizi ən azı bir dəfə müxtəlif kiber təhdidlərlə qarşılaşıb. İstifadəçilərin yarısı isə (52 faiz) müxtəlif məlumat daşıyıcıları vasitəsilə (yaddaş kartları, hard disklər) yayılan zərərli proqram təminatları ilə bağlı təhdidlərə məruz qalıb. Bundan əlavə, Azərbaycanda mobil cihaz istifadəçilərinin təxminən 3 faizi zərərli proqram təminatı ilə üzləşib.

Yanvar-sentyabr ayları ərzində Azərbaycanda şirkət işçilərinin 13 faizi zərərli proqramlarla hücum cəhdləri ilə qarşılaşıblar. Lokal təhdidlər üzrə bu göstərici daha çox, yəni 35 faiz təşkil edib.

Ötən müddət ərzində ən çox şifrələmə və hədələmə proqramları aktivləşib. Belə ki, “Kaspersky” keçən ilin ortasında (ikinci rüb ərzində) 7,5 minə yaxın belə zərərli proqram aşkar edib, 2019-cu ilin ikinci rübündə isə bu göstərici 16 mini keçib. Son üç rüb ərzində Azərbaycanda hər 70 istifadəçidən biri şifrləmə proqramları ilə qarşılaşıb.

2019-cu ilin 9 ayı ərzində “Kaspersky” həlləri internetin Azərbaycan sektorunda olan istifadəçilərinin fişinq səhifələrinə köçürülməsi ilə bağlı 388 min cəhdin qarşısını alıb.

“Cinayətkarlar daim yeni hücum metodları icad edir, hücum alətləri inkişaf etdirir, qurbanların yeni kateqoriyalarını axtarırlar. Belə şəraitdə kibertəhlükəsizlik bir dəfə quraşdırılmış və konfiqurasiya edilmiş proqram təminatı deyil, bu təhlükəsizlik həllərinin istifadəsi, müxtəlif ekspert xidmətləri və təlimlərin qoşulması, geniş məlumat axınının analizi və sistemin bütün elementlərinin idarə olunmasını əhatə edən davamlı bir prosesdir. Başqa sözlə, bu gün kibertəhlükəsizliyə çoxsəviyyəli bir yanaşma vacibdir” - bunu “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

Eyni zamanda, tədbirdə kiber təhlükələrdən qorunmaq üçün istifadəçilərin riayət etməsi tövsiyə olunan əsas qaydalar barədə danışılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

01-09-2023

Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

02-09-2023

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

İnternetdə təhlükə ilə qarşılaşan istifadəçilərin sayı artıb

18-04-2016

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə