Previous Next
Bağla

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017 16:39
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Ötən il Azərbaycanda hər üç internet istifadəçisindən biri kibertəhlükələrlə üzləşib.

Kaspersky Lab şirkətinin eskpertləri ötən ilin nəticələrinə əsasən aydınlaşdırıblar ki, 2016-cı ildə azərbaycanlı istifadəçilərin 38%-i internetdə təhlükələrlə üzləşib.

Xeberler.az məlumat verir ki, bu göstərici ilə Azərbaycan onlayn təhlükə riski ilə üzləşmiş ölkələrin Top-10 siyahısına daxil olub.

Reytinqdə ilk yerlərdə Rusiya, Qazaxıstan, İtaliya, Ukrayna və Braziliya qərarlaşıb.

Lokal təhlükələrə gəldikdə isə il ərzində, zərərli proqram təminatı cihazlara internetdən deyil, flaş kartlar kimi daşıyıcı disklər və ya sərt disklər vasitəsilə 43% istifadəçi üzləşib ki, bu da əslində aşağı göstəricidir. Belə ki, Azərbaycan lokal təhlükələrlə üzləşmiş ölkələrin top 20-nə də daxil olmayıb.

Ümumilkdə 2016-cı il ərzində istifadəçilər daha çox pul oğurluğu üçün nəzərdə tutulmuş zərərli proqramlarla üzləşiblər.

Son 12 ayda Kaspersky Lab şirkətinin müdafiə həlləri 3 mln cihazda bu cür proqramların yüklənməsinin qarşısını alıb. Azərbaycanda il ərzində sadəcə 2% istifadəçi zərərli bank proqramları ilə üzləşib. Müqayisə üçün bildirək ki, Rusiya 5%-lik göstərici ilə maliyyə cinayətkarlarından əziyyət çəkən ölkələrin siyahısına liderlik edir.

Kaspersky Lab şirkətinin ekspertlərinin fikrincə, bank cinayətkarları tərəfindən hücumların artma səbəbi mobil bankinq istifadəçilərinin sayının artması ilə bağlıdır ki, onlar hesabat ili ərzində kibercinayətkarların aktiv hücumları ilə üzləşiblər. Bununla yanaşı, on ən məşhur bank troyan proqramlarından beşi Android bazasında cihazlardan maliyyə məlumatlarını oğurlamaq üçün yaradılıb.

Ümumiyyətlə, 2016-cı ilin sonunda Kaspersky Lab şirkətinin müdafiə həlləri tərəfindən aşkarlanmış zərərli proqramların sayı 1 milyarda yaxındır. Onların arasında viruslar, troyan proqramları, bəkdorlar, şifrələyicilər, reklam proqramları və digər zərərli koda malik nümunələr mövcuddur.

“Milyarda yaxın zərərli obyekt özlüyündə böyük göstəricidir. Bu rəqəm artıq “həvəskarlar” toplusundan tam bir sektora çevrilmiş, zərərli proqram istehsalını bazara çıxarmış və öz tərəfdaşlarını bütün mümkün alət və xidmətlərlə təmin edən kibercinayətkarlıq dünyasının nəhəng miqyasından xəbər verir. Lakin biz də yerimizdə dayanmırıq. Kolleksiyamızı təşkil edən milyardlarla faylın 200 milyondan çoxu avtomat təlim texnologiyası əsasında işləyən Astraea tərəfindən aşkarlanıb. Bu, yeni və eyni zamanda tanınmayan kiberthlükələrin mükəmməl və dəqiq tanınması yolunda atılan ilk addımdır. Biz əminik ki, informasiya təhlükəsizliyinin gələcəyi ekspertlərin dərin bilikləri və avtomatik təlimin qabaqcıl texnologiyalarının təcəssümü olacaq”, - deyə Kaspersky Lab şirkətinin Rusiya Araşdırma Mərkəzinin rəhbəri Yuri Namestnikov bildirib.

Ötən ilin nəticələri ilə bağlı daha geniş statistika ilə Kaspersky Lab şirkətinin hesabatından tanış ola bilərsiniz.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

28-12-2016

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə