Previous Next
Bağla

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017 15:47
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

Kaspersky Lab və Delta Telecom şirkətləri arasında əməkdaşlığa dair saziş imzalanıb. 

Şirkətin Azərbaycan nümayəndəliyindən Xeberler.az-a verilən məlumata görə, bu müqavilə sayəsində şirkətin müdafiə həllərinin bütün yenilənmələri Azərbaycan istifadəçilərinə regionun ən böyük internet-provayderi olan milli serverlərdən daxil olacaq.

Bu yanaşma antivirus bazalarına yeni kibertəhlükələr haqqında məlumatın çatdırılması prosesini asanlaşdırır və sürətləndirir.

Artıq Azərbaycan istifadəçiləri əmin ola bilərlər ki, rəqəmsal dünyanın ən aktual təhlükələrindən qorunurlar.

Bununla belə, bütün yenilənmələr avtomatik olaraq arxa fon rejimində yüklənilir ki, bu da cihazların işləmə sürətinə əks-təsir göstərmir.

Kaspersky Lab şirkətinin mütəxəssisləri hər gün 300 min zərərli proqram nümunəsi emal edirlər ki, bu da kibertəhlükələrin hansı sürətlə inkişaf etməsindən xəbər verir.

Bu tendensiyanı həm də rəqəmsal təhlükələrlə üzləşən istifadəçilərin artan sayı da sübut edir. Kaspersky Lab şirkətinin “Kaspersky Security Network” (KSN) bulud müdafiə infrastrukturundan əldə etdiyi daxili statistikaya əsasən, son 12 ayda kibertəhlükələrlə üzləşən Azərbaycan istifadəçilərinin sayı 77%-dən (2016-cı ilin iyul ayı) 83%-dək (2017-ci ilin iyul ayı) yüksəlib.

“Bizim üçün ən əsas prioritet müştərilərimizə təklif etdiyimiz həll və xidmətlərin keyfiyyətidir. Biz daimi olaraq istifadə olunan texnologiyanın mükəmməlliyinə can atır, bütün yollarla təklif etdiyimiz xidmətlərin səviyyəsini artırmağa çalışırıq. Kaspersky Lab şirkəti ilə əməkdaşlıq bu istiqamətdə atılan önəmli addımdır. Resurslarımızın və imkanlarımızın birləşdirilməsi, şübhəsiz ki, Azərbaycanda istifadəçilərin yüksək texnologiyalar sahəsində maksimum üstünlük qazanmasına səbəb olacaq”, - deyə Delta Telecom şirkətinin Məlumatların emalı departamentinin rəhbəri Rüfət Talıbov bildirib.

“Biz istifadəçiləri kibertəhlükələrdən qorumaqla yanaşı, həm də istənilən insanın və təşkilatın iş və həyatının rəqəmsal dünyada maksimum rahat və sakit olmasını istəyirik. Məmnunuq ki, Azərbaycanın aparıcı internet-provayderi olan Delta Telecom şirkəti bizimlə eyni baxışı bölüşür. Əminəm ki, bu əməkdaşlıq ölkədə informasiya texnologiyaları bazarının inkişafına öz müsbət təsirini göstərəcək”, - deyə Kaspersky Lab şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
 Kaspersky Lab-ın baş direktoru Bakıda olub

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016
İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018
“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

04-03-2017
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019
Kaspersky Lab məhsullarında  boşluq tapan 50 min dollar qazanacaq

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016
İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016
Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə