Previous Next
Bağla

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016 11:23
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab şirkəti sürətlə inkişaf edən kibertəhlükələrlə effektli mübarizə aparmaq üçün yeni texnologiyalar hazırlayan İT-startaplarla iş üzrə strateji təşəbbüsə  başlayıb.

Xeberler.az-ın məlumatına görə,  şirkət novatorlara hərtərəfli dəstək vermək və perspektivli layihələrin maliyyələşdirilməsi ilə yanaşı layihə müəlliflərinə Kaspersky texnologiyaları və illər ərzində informasiya təhlükəsizliyi sahəsində toplanmış ekspert biliklərindən istifadə etmək imkanlarını yartmaq niyyətindədir.

 Sözügedən təşəbbüsün coğrafiyası şirkətin biznes coğrafiyası kimi bütün dünyanı əhatə edir. Kaspersky Lab  şirkəti  seed mərhələsində olan startaplarla əməkdaşlıq etməkdə maraqlıdır. Şirkət əsas marağı mobil və bulud təhlükəsizliyində problemləri həll edən, İnternetə çıxışı olan əşyaların imkanlarını və zəif yerlərini öyrənən, fiziki təhlükəsizliyi təmin edən, avadanlığın işlənməsinin təhlilini aparan, həmçinin uyğunlaşdırılmış yeni kibermüdafiə texnologiyalarının axtarışını həyata keçirən layihələrə göstərəcək.

Hər perspektivli layihəyə ayrılacaq investisiyanın həcmi 1 milyon ABŞ dolları təşkil edə bilər.

Kaspersky Lab tərəfindən startaplara göstəriləcək dəstək informasiya təhlükəsizliyi sənayesinin ümumi inkişafına və bu sahəyə innovasiyaların axınına imkan yaradacaq. Hazırlıq proseslərinin maliyyələşdirilməsi və onların qlobal bazarda inkişafına yardım etməklə yanaşı şirkət startaplara özünün artıq hazır həlləri və texnologiyalarından istifadə etmək imkanı verəcək, kibertəhlükələr üzrə geniş bilik bazasından yararlanmağa şərait yaradacaq, həmçinin zərərli proqram təminatı və digər təhlükələrlə uğurlu mübarizəyə dair təcrübəsi ilə bölüşəcək.

“Sözügedən sahədə lider sayılan strateji partnyor tərəfindən göstərilən dəstək – startapın uğuru və inkişafının əsas amillərindən biridir. Biz ambisiyalı layihələrin bazara çıxmasına yardım etmək və informasiya təhlükəsizliyi sahəsi ilə yanaşı insanların həyatını da yaxşılaşdırmaq – onu yalnız kiberməkanda deyil, ümumiyyətlə daha təhlükəsiz etmək niyyətindəyik. Biz artıq startaplarla danışıqlar aparırıq ki, hazırda onlara yaxın gələcəkdə investisiyaların ayrılması məsələsinə baxılır”, - deyə Kaspersky Lab şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşfiq Məmmədov vurğulayıb.

İnnovasiyalı startapların axtarışı üçün Kaspersky Lab şirkəti aparıcı akseleratorlarla əməkdaşlığı inkişaf etdirmək, müsabiqə proqramlarında iştirak etmək və ekosistemin digər iştirakçıları ilə qarşılıqlı əlaqə qurmaq niyyətindədir. Startapçılar həmçinin layihənin təqdimatını [email protected] elektron ünvanına göndərə bilərlər.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

07-03-2017

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky Lab hər startap layihəsinə 4 min dollar ayırır

13-10-2016

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016

Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

11-08-2016

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017

Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

22-12-2017

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019

“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

04-03-2017

Kaspersky Lab yeni brendinq və loqosunu təqdim etdi

07-06-2019

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə