Azərbaycanda “Texnoloji Təhsil Qrupu"nun yaradılması nəzərdə tutulur.
Xeberler.az məlumat verir ki bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.
Məlumata görə, ölkədə texnologiya üzrə təhsil səviyyəsinin artırılması, təhsil standartlarının təkmilləşdirilməsi, o cümlədən müəssisələrin bu sahədə kadrlara olan ehtiyaclarının daha yaxşı ödənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə “Texnoloji Təhsil Qrupu” (bundan sonra–TTQ) yaradılacaq:
“Təhsil Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə TTQ-nin fəaliyyət planını hazırlayacaq və fəaliyyət parametrlərinin ölçülməsi üçün müvafiq göstəriciləri və izləmə mexanizmlərini müəyyən edəcəkdir. Bununla yanaşı, TTQ-nin tərkibi, vəzifələri, funksiyaları və maliyyələşmə mexanizmləri müəyyənləşdiriləcək. Təşkilati, maliyyə və kadrlarla komplektləşmə məsələləri həll edildikdən sonra TTQ texnologiyaların tətbiqində və istifadəsində özəl sektorun səriştəlilik səviyyəsi və bu sahədə çatışmazlıqlarla bağlı zəruri araşdırmalar aparacaq. Araşdırma. ilk növbədə, rəqabətədavamlı işçi qüvvəsinin formalaşdırılması məqsədilə əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə mövcud olan tələbatın müəyyən edilməsinə istiqamətlənəcəkdir. Bu məqsədlə, KOS və iri sahibkarlıq subyektlərinin əmək resursları təhlil olunacaq, işçilərin biliklərinin qiymətləndirilməsi üçün tədbirlər (sorğular, müsahibələr və s.) həyata keçiriləcək”
Növbəti addım ilkin araşdırmanın nəticələrinə əsaslanmaqla, ayrı-ayrı sahələrdə ixtisaslı işçi qüvvəsi çatışmazlığının səbəblərinin təhlilindən ibarət olacaq:
“ Paralel olaraq, TTQ təhsil müəssisələri ilə koordinasiyalı şəkildə tədris infrastrukturunu, tədris heyətinin peşəkarlığını və kurikulumların məqsədəuyğunluğunu dəyərləndirərək, bu sahədə mövcud olan problemlərin səbəblərini araşdıracaqdır. Bu tədbirlərin son mərhələsi olaraq, TTQ mövcud təhsil standartlarında və informasiya texnologiyaları üzrə təhsil çərçivəsində tədris olunan mövzuların siyahısında dəyişikliklərin edilməsinə dair təkliflər verəcək”.
Qeyd edilir ki, rəqəmsal texnologiyaların tədrisində müəyyən edilən çatışmazlıqların aradan qaldırılması və onların biznes mühitinin tələblərinə uyğunlaşdırılması məqsədilə TTQ tərəfindən ekspertlərin iştirakı ilə təhsil proqramlarına dəyişikliklər edilməsinə və yeni kurikulumların hazırlanmasına dair təkliflər irəli sürüləcək:
"Növbəti addım olaraq, seçilmiş tədris mərkəzləri, peşə təhsili müəssisələri, kolleclər və ya universitetlərdə texnologiya biliklərinə malik olan peşəkar təlimçilərin iştirakı ilə pilot proqramlar həyata keçiriləcəkdir. Bu proqramların effektivliyinə tələbələrin rəylərinin öyrənilməsi yolu ilə davamlı olaraq nəzarət ediləcəkdir. TTQ tərəfindən həyata keçiriləcək növbəti tədbir təhsil müəssisələrində kadrların ixtisaslılığının təmin edilməsindən ibarət olacaqdır. Bu məqsədlə, İKT ixtisasları üzrə tədris kafedralarının texniki bazasının gücləndirilməsi, elektron tədris resurslarının inkişaf etdirilməsi, tələbə və müəllimlərin dünyanın aparıcı elm və təhsil resurslarına çıxışının təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək, beynəlxalq sertifikata malik İT mütəxəssislərinin hazırlanmasına dəstək veriləcəkdir. Eyni zamanda, Azərbaycandakı ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət göstərən tanınmış xarici və yerli ali təhsil müəssisələrinin tədris-təcrübə laboratoriyalarının yaradılması, tələbələrin sahə üzrə aparıcı şirkət və müəssisələrdə təcrübə keçməsi imkanlarının genişləndirilməsi, habelə İKT-nin prioritet istiqamətləri üzrə aparıcı xarici təhsil müəssisələrində kadrların hazırlanması işlərinin davam etdirilməsi məqsədilə zəruri tədbirlər həyata keçiriləcək".
Bildirilir ki, biznes subyektlərinin texnologiya savadlılığının artırılması TTQ KOS subyektlərinin texnologiya biliklərinin təkmilləşdirilməsi məqsədilə yaradılması nəzərdə tutulan KOS agentliyi ilə sıx əməkdaşlıq edəcək:
"Bu məqsədlə, KOS subyektləri üçün tələb olunan zəruri tədris istiqamətləri müəyyən edilməklə, qısa və uzunmüddətli tədris proqramlarının tərtib edilməsi və bu proqramların peşəkar təlimçilər vasitəsilə tədris edilməsi üçün təhsil müəssisələri ilə birlikdə tədbirlər görüləcəkdir. Tələb olunan zəruri tədris istiqamətləri müəyyənləşdirilərkən elektron bankçılıq, hesablama texnologiyasının və elektron mühasibatlığın tətbiqi, elektron hökumət xidmətlərindən effektiv istifadə və s. kimi biznes fəaliyyətinin əsasını təşkil edən mövzular diqqət mərkəzində saxlanılacaqdır. Bundan əlavə, TTQ KOS agentliyi ilə birlikdə nisbətən iri biznes subyektləri üçün minimal elektron biznes standartlarını hazırlayacaq (məsələn, internet səhifəsi, maliyyə uçotunda texnologiya tətbiqi) və bu standartların icrasını digər müvafiq qurumlarla əlaqələndirəcək".
İnformasiya texnologiyaları üzrə ali təhsil almış məzunların təhsili başa vurduqdan sonra növbəti bir il ərzindəki məşğulluq səviyyəsinin hazırkı 43 faizdən 2020-ci il üzrə 60 faizə çatdırılması və gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsi hədəf kimi müəyyən edilib.
İnformasiya texnologiyaları sahəsində təhsilin keyfiyyətinin artırılması digər prioritetlər üçün ilkin əsas olsa da, bu prioritet çərçivəsində tədbirlərin ÜDM və məşğulluğa birbaşa təsiri gözlənilmir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri