Previous Next
Bağla

İnnocamp innovasiya yay düşərgəsi başa çatıb

01-09-2019 17:29
İnnocamp innovasiya yay düşərgəsi başa çatıb

Xeberler.az bildirir ki, düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edib. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.

Treninqlərin əsas mövzusu “Biznes bacarıqları”, “Kommunikasiya bacarıqları” idi. “Baku Psychology School”un rəhbəri Xatirə Səfərova, İqtisad Universitetinin müəllimi, “İSE Startap klubu”nun rəhbəri Turan Süleymanov, İnnovasiyalar Agentliyinin nəzdində “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin koordinatoru İradə Məmmədova, “İNNOVA Ventures Group”un rəhbəri Vüsal Süleymanlının təqdimatında keçirilən təlimlər startapçıların xüsusi marağına səbəb olub.

Həmçinin “İnnocamp” yay düşərgəsi çərçivəsində “Milli innovativ ekosistemin inkişafı” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov innovasiyalarla bağlı tədbirlərin Şamaxıda keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Tahir Məmmədov qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə bir sıra istiqamətlər üzrə işlər aparır. Çoxşaxəli işlərin uğurlu nəticəsinin əldə olunması müəyyən zaman tələb edir. Onun sözlərinə görə, hazırda ölkəmizdə innovasiya ekosisteminin formalaşması prosesi sürətlə gedir. Bütün qurumların öz resurslarını təqdim etməsi əhəmiyyət daşıyır. Paytaxtda genişlənən bu prosesin regionlara gəlib çatması çox vacibdir. Şamaxı Rayon İcra Hakimiyyəti də prosesə
qoşulmaq üçün gücünü səfərbər edib.

“Elm, təhsil və innovasiyaların bir araya gətirilməsi ilə bağlı planlarımız var. Eyni zamanda, kənd təsərrüfatında innovasiyaların tətbiqinə çalışmalıyıq”, - deyə T.Məmmədov vurğulayıb. Tədbirdə BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti və “TC Holdings”in təsisçisi, akselerasiya və ekosistem mütəxəssisi Tal Catron çıxış edərək innovasiya ekosistemi barədə fikirlərini iştirakçılarla bölüşüblər. Həmçinin, sahə üzrə müasir tendensiyaları diqqətə
çatdırıblar.

“İnnocamp” yay düşərgəsi çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti arasında görüş keçirilib. Görüş zamanı təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində innovasiyaların tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəblilərin yüksək texnologiyalar sahəsinə marağın artırılması məqsədi daşıyan “Robopark” layihəsi barədə danışılıb.  

Qeyd edək ki, “İnnocamp” innovasiya yay düşərgəsi 29-31 avqust tarixlərində Şamaxıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnocamp innovasiya yay düşərgəsi davam edir

30-08-2019

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” üzrə “Bootcamp” keçirilib

15-09-2025

Şamaxıda Kod saatı layihəsi təqdim edilib

28-12-2018

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

İdeyadan Biznesə layihəsinin ilk düşərgəsi Şəkidə təşkil olunub

01-10-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

Şamaxıda Praktiki mühəndislik və liderlik dərnəkləri təşkil edilib

24-01-2019

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə