Previous Next
Bağla

“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

21-04-2020 17:41
“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

Kiçik şirkətlərin və sahibkarların kiber müdafiəsi üçün hazırlanmış “Kaspersky Small Office Security” həllini 1 sentyabr 2020-ci ilədək pulsuz quraşdırıb istifadə etmək olar .

Bu addım, “Kaspersky” şirkəti tərəfindən mövcud çətin şəraitdə kiçik sahibkarlığa dəstək olmaq üçün həyata keçirilmişdir.

Karantin ilə əlaqədar olaraq, müştərilər, tərəfdaşlar və podratçılarla ünsiyyət tamamilə rəqəmsal məkana köçürülür və işçilər evdə işləməli olurlar . Məsələn, fitness klubda qrup təlimləri əvəzinə indi məşqçinin hərəkətləri canlı yayımda təklif olunur, restorana getmək əvəzinə, onlayn sifariş və çatdırılma təklif olunur, uşaq dərnərkləri əvəzinə video konfrans formasımda qrup dərsləri təklif olunur. Ancaq, kiçik müəssisələrin rəqəmsal fəaliyyətlərinin artması ilə sahibkarların kiber cinayətkarların qurbanı olma riski də artacaq.

Hələ özünütəcridetmə rejiminin tətbiqindən əvvəl, dünyada 50 nəfərə qədər işçisi olan 36% şirkətlər müştəri məlumat bazaları, gizli iş sənədləri və digər sənədlərdə sızmadan əziyyət çəkdiklərini bildiridilər. Bundan əlavə, kiçik və orta bizneslərdə ən çox sızma korporativ cihazların zərərli proqramla yoluxması nəticəsində baş verir (bu cür hallar 250 nəfərə qədər işçisi olan şirkətlərin 42% -də qeyd olunmuşdur), eləcə də, işçilərin istifadə etdikləri şəxsi cihazlarına zərərli proqramların yüklənməsi ilə (kiçik şirkətlərdə respondentlərin 39% -i bunu təsdiqlədi). Biznesin rəqəmsal məkana keçməsi ilə əlaqədar olaraq bu rəqəmlər daha da arta bilər.

«Kaspersky» şirkəti hazırkı durumun mürəkkəbliyini nəzərə alaraq, kiçik şirkətlər üçün “Kaspersky Small Office Security” qorunma həllinin xüsusi pulsuz versiyasını hazırlayıb.

Bu həll, “Mac” və ya “Windows” platformasında olan kompüterlərin, “Android” ilə işləyən smartfon və ya planşetlərin, eyni zamanda bir serverin təhlükəsizliyini təmin edəcəkdir.

Bundan əlavə, kiçik təşkilatların işçiləri parol menecerindən istifadə edə biləcəklər. “Kaspersky Small Office Security” İnternetdə maliyyə əməliyyatlarının təhlükəsiz aparılmasına kömək edir, davamlı parollar yaradır və etibarlı şəkildə qoruyur, virus hücumlarını bloklayır və bütün faylların avtomatik nüsxələnməsini yaradır.

Proqramla işləmək üçün sistem administratoruna ehtiyac yoxdur. “Kiçik müəssisələrin təcrid şəraitində yaşamaları və sonra fəaliyyətlərini davam etdirməsi üçün sahibkarlar öz biznes modellərini ciddi şəkildə yenidən nəzərdən keçirməli və demək olar ki, tamamilə rəqəmsal məkana keçməlidirlər. Lakin, kiçik təşkilatların infrastrukturu çox vaxt belə dəyişikliklərə hazır olmur. Biz, onların işini, heç olmasa informasiya təhlükəsizliyi baxımından asanlaşdırmaq istəyirik", - bunu “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

Lisenziyanı linkə daxil olub əldə etmək olar: https://kas.pr/free-ksos 

Aksiya aprel ayının 15-dən sentyabrın 1 kimi aktivdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

03-05-2019

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

17-05-2021

“Kaspersky Security” həllinin yeni versiyası yarım il pulsuz olacaq

02-04-2020

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

07-12-2021

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019

Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

04-10-2021

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019

Şirkətlər xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə edir?-Sorğu

15-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə