Previous Next
Bağla

Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi maraqla qarşılanır

01-11-2022 13:54
 Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi  maraqla qarşılanır

Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal dəhlizin yaranmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin icrasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakı 25 oktyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş təşkilatın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə İşçi Qrupunun 5-ci iclasında müzakirə edilib.

Bu barədə Xeberler.az-a "AzerTelecom"dan məlumat verilib.

“Rəqəmsal İnfrastrukturun İnkişafı” adı altında keçirilmiş tədbirdə “AzerTelecom” şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev və şirkətin Əməliyyatlar üzrə baş direktoru Sergey Nazarenko iştirak edərək “AzerTelecom” şirkəti tərəfindən icra olunan “Rəqəmsal İpək Yolu” layihəsini təqdim ediblər. Şirkət nümayəndələri layihəyə regionda böyük marağın olduğunu bildirib, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin layihənin icrasında iştirakı barədə danışıblar.

“Bir sıra Türk dövlətlərinin ərazisindən keçən bu irimiqyaslı layihə Orta Asiya ölkələrinin internet trafikinə olan ehtiyaclarının təmin olunmasına mühüm töhfə verəcək. Layihə qlobal rəqəmsal transformasiya proseslərində Anadolu, Cənubi Qafqaz, Orta Asiya kimi regionlarda yeni imkanlar açacaq. Dünyada internet istehlakının artması, sürətli dəyişikliklər fonunda bu irimiqyaslı layihədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakı rəqəmsal infrastruktur quruculuğu sahəsində daha geniş əməkdaşlığa, regionda telekommunikasiya sənayesinin inkişafına töhfə verəcək”- deyə Fuad Allahverdiyev bildirib.

“Rəqəmsal İpək Yolu” layihəsi Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək regionun bütün ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

“NEQSOL Holding”in tərkibinə daxil olan “AzerTelecom” Azərbaycanın aparıcı rabitə operatorudur və ölkənin beynəlxalq internet şəbəkəsinə qoşulmasını təmin edir.

Türk Dövlətləri Təşkilatı türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın üzv dövlətləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Macarıstan və Türkmənistan isə müşahidəçi üzvlərdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

“Rəqəmsal İpək Yolu” layihəsi” “İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib

13-12-2021

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

30-03-2022

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

“AzerTelecom” və “Sparkle” əməkdaşlıq edəcək

21-04-2022

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

12-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə