Previous Next
Bağla

YTP mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər

11-08-2022 12:41
YTP mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrin tələbələrinin iştirakı ilə Gənclərin innovasiya düşərgəsi keçirilir.

Xeberler.az bildirir ki, innovasiya düşərgəsi çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilmiş əyani-praktik təlimlərdə Yüksək Texnologiyalar Parkının (YTP) və onun rezidenti olan “Troniq” MMC-nin mütəxəssisləri də gəncləri maarifləndiriblər.

YTP-nin baş direktorunun müşaviri Müşviq Rəsulzadə texnoparkın imkanları barədə ətraflı məlumat verib. M.Rəsulzadə YTP-nin yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə aparılan tədqiqatların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün geniş infrastruktura malik olduğunu bildirib. Qeyd edib ki, YTP innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı üçün böyük üstünlüklər təklif edir. Onun sözlərinə görə, texnoparkın əsas məqsədlərindən biri elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır.

Daha sonra YTP-nin rezidenti olan “Troniq” MMC-nin baş direktoru Anar Nəbiyev rəhbərlik etdiyi müəssisədə istehsal olunan texnoloji yeniliklər haqqında danışıb. A.Nəbiyev “Troniq” MMC-nin müxtəlif avadanlıqların və robototexnikaların istehsalı, onların süni intellekt vasitəsilə idarə edilməsi üçün müvafiq proqram təminatlarının yazılması, eyni zamanda, həmin avadanlıqlarda və digər sahələrdə istifadə olunacaq ana plataların istehsalını həyata keçirildiyini diqqətə çatdırıb.

Təlimlərdə, həmçinin “Troniq” MMC-nin əməkdaşı, süni intellekt üzrə mütəxəssis Ömər Kərimov da iştirak edərək tələbələrə süni intellekt, robototenika sahəsində əldə olunan innovativ yeniliklər, onların birləşməsindən əmələ gələn məhsulların imkanları barədə məlumat verib, eləcə də dəzgahların və robotun yığılması qaydalarını izah edib.

Təlimlər zamanı tələbələrin YTP-də yaradılmış innovativ şəraitlə yaxından tanış olmaları üçün növbəti aylarda texnoparka ekskursiya təşkil olunması qərara alınıb. Qeyd olunub ki, təlimlərdə elmi və innovativ potensialı ilə seçilən gənclərin gələcəkdə YTP-də işlə təmin olunması da nəzərdə tutulur.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir

Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir

10-08-2022
Robot-dezinfektor “Teknofest Azərbaycan”da nümayiş etdiriləcək

Robot-dezinfektor “Teknofest Azərbaycan”da nümayiş etdiriləcək

12-05-2022
AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

06-05-2022
Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022
Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022
AMEA YTP fəaliyyətini genişləndirir

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017
Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019
YTP rezidentlərin sayını artıracaq

YTP rezidentlərin sayını artıracaq

06-01-2021
YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021
Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023
Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

21-06-2022
Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

12-10-2016
Gənc mühəndislərin yay düşərgəsində PUA-ların üstünlükləri və tətbiqlərindən bəhs olunub

Gənc mühəndislərin yay düşərgəsində PUA-ların üstünlükləri və tətbiqlərindən bəhs olunub

23-08-2022
“Troniq” MMC-nin baş direktoru: “İnvestorların YTP-də böyük elmi resurslara əlçatanlığı var”

“Troniq” MMC-nin baş direktoru: “İnvestorların YTP-də böyük elmi resurslara əlçatanlığı var”

16-06-2022
AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017
Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub

Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub

27-05-2022
Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022
Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

11-08-2022
Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

25-10-2023
Hərbi təyinatlı dron sınaqdan keçirilib

Hərbi təyinatlı dron sınaqdan keçirilib

21-09-2019
YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023
YTP-nin Elm və Təhsil Nazirliyinə verilməsi işləri fevralda yekunlaşacaq

YTP-nin Elm və Təhsil Nazirliyinə verilməsi işləri fevralda yekunlaşacaq

06-02-2023
Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

02-06-2022
AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

03-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə