Previous Next
Bağla

Azərbaycanlı startapçılar Çilidə

20-10-2015 11:24
Azərbaycanlı startapçılar Çilidə

 Azərbaycanlı startapçılarımız Çili Respublikasında  startap müsabiqəsində uğur qazanıb.

Azərbaycanlı startap komandası 2015-ci ilin mart ayında Çilidə “Start-Up Chile” müsabiqəsinə müraciət edib. Onların Tradimum.com layihəsi 2700 layihə arasından ilk 100-ə daxil olmuş, iyul ayında aparılan müsahibələr əsasında qalib gələn 70 layihənin siyahısına daxil olub. Bununla da qaliblər üçün büdcə, ofislər, bir illik viza və təlim imkanları təmin edilir.

Tradimum.com kiçik və orta müəssisələr üçün bulud əsaslı iş idarəetmə platformudur. Layihə komandasının dörd üzvü  var. Onlardan 3-ü  Türkiyədə təhsil alan və işləyən azərbaycanlılardır. Komanda heyəti Turqut Kərim, Həsən Cabbarov, Zamin Namazov və Erhan Atlıntaşdan ibarətdir.

Komandanın bəzi üzvləri beş il birlikdə Türkiyədə fəaliyyət göstərmiş və 80-ə yaxın şirkət üçün şəxsi bulud əsaslı iş idarəetmə proqramları hazırlayıblar. Sonradan ERP (müəssisə resurs planlaması) sistemlərinin kiçik və orta müəssisələr üçün əlverişli olmadığını görüb Tradimum.com layihəsinə start veriblər.

Layihənin ilkin hədəfi bazarı yeni rəqəmsallaşan Türkiyə, Qafqaz, Orta Asiya regionundur. Bununla  yanaşı,  layihənin Latın Amerikası ilə birlikdə Avropada yayılması istiqamətində də artıq fəaliyyətə başlanıb. Saytın gələcəkdə türk dilindən başqa Azərbcaycan, rus, gürcü, qazax, ingilis və ispan dillərində də fəaliyyət göstərməsi nəzərdə tutulub.

Layihənin həmtəsisçisi və rəhbəri Turqut Kərim hazırda Çilidədir. O, Santiaqoda 7 ay ərzində müxtəlif “workshop”lar  təşkil etməyi,  universitetlərdə təqdimatla, Çilidə və Latın Amerikasında baş tutacaq müxtəlif iclaslarda layihəyə tərəfdaşlar toplamağı palanlaşdırır.

Layihə eyni zamanda “Türk Telekom Pilott” Təşəbbüskarlıqları Sürətləndirmə proqramına qəbul edilən səkkiz layihədən biridir.  Həmçinin, TEB(Türkiyə İqtisadiyyat Bankı) layihənin əməkdaşı və dəstəkçilərindəndir.

Qeyd edək ki, “Start-Up Chile” artıq 5 ildir Santiaqo şəhərində fəaliyyət göstərir və birbaşa Çili dövlət tərəfindən maliyələşən bu müsabiqənin əsas məqsədi Çilini Cənubi Amerikanın təşəbbüskarlıq və innovasiya mərkəzinə çevirməkdir.

 Murad Məmmədzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ABŞ-də təhsil alan azərbaycanlı gənclər süni intellekt əsaslı startap yaradıblar

ABŞ-də təhsil alan azərbaycanlı gənclər süni intellekt əsaslı startap yaradıblar

09-04-2026
Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

24-07-2019
Yeni Fikir 2015 Müsabiqəsində 26 layihə yarışacaq

Yeni Fikir 2015 Müsabiqəsində 26 layihə yarışacaq

04-03-2015
Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım etmişik

Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım etmişik

02-09-2025
Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

17-08-2019
Kaspersky Lab hər startap layihəsinə  4 min dollar ayırır

Kaspersky Lab hər startap layihəsinə 4 min dollar ayırır

13-10-2016
3-cü qrant müsabiqəsinin qalibləri  açıqlandı

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016
Yeni Fikir VI startap müsabiqəsinə yekun vurulur

Yeni Fikir VI startap müsabiqəsinə yekun vurulur

05-07-2019
Startap layihəmiz beynəlxalq müsabiqədə uğur qazanıb

Startap layihəmiz beynəlxalq müsabiqədə uğur qazanıb

18-05-2018
Startap komandamız ABŞ universiteti ilə danışıqlara başlayıb

Startap komandamız ABŞ universiteti ilə danışıqlara başlayıb

01-09-2015
“Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” layihəsinin ilkin mərhələsi yekunlaşıb

“Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” layihəsinin ilkin mərhələsi yekunlaşıb

06-08-2025
Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

14-02-2019
Azərbaycanda Startap günləri layihəsinə start verilib

Azərbaycanda Startap günləri layihəsinə start verilib

08-04-2019
Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015
“Startap Azərbaycan 2015” in qalibləri kimlərdir?

“Startap Azərbaycan 2015” in qalibləri kimlərdir?

26-05-2015
Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

31-05-2017
Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016
Gələn il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi start götürəcək

Gələn il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi start götürəcək

10-12-2014
Naxçıvanda “Xalq Kompüteri” layihəsinin tətbiqinə başlanılıb

Naxçıvanda “Xalq Kompüteri” layihəsinin tətbiqinə başlanılıb

09-07-2010
3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016
Google-dan startaplara 50 min dollarlıq dəstək

Google-dan startaplara 50 min dollarlıq dəstək

17-12-2015
Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

04-04-2016
Nar-ın dəstəyi ilə keçirilən layihənin ilk mərhələsi başa çatıb

Nar-ın dəstəyi ilə keçirilən layihənin ilk mərhələsi başa çatıb

17-08-2017
Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə