Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") Azərbaycanın və regionun ilk peyk operatoru olaraq, ölkəmizin texnoloji və iqtisadi inkişafında strateji əhəmiyyətə malikdir.
Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində bildirib.
“Azərbaycan peykləri Afrika, Avropa, Mərkəzi Asiyanı əhatə edən geniş bir coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri təqdim edir. Və bu gün sözü gedən Yerin məsafədən müşahidəsi xidmətləri vasitəsilə kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarə olunması, hasilat sənayesi, nəqliyyat və yol infrastrukturunun inkişafı, müdafiə və təhlükəsizlik, turizmin inkişafı, xəritəçəkmə və şəhərsalma, meliorasiya və su təsərrüfatı, dövlət əmlakının idarə olunması və kadastr işləri üzrə innovativ layihələr həyata keçirir. Bu xidmətlər sayəsində Azərbaycanı beynəlxalq peyk bazarında etibarlı tərəfdaş kimi tanıtmağa nail olmuşuq. Artıq Azərbaycanın kosmosda özünəməxsus orbital mövqeyi var. Bu o deməkdir ki, Azərbaycan 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib. Hazırda Azərbaycan istədiyi zaman 46 dərəcə Şərq uzunluğunda orbitə peyk qaldıra bilər. Xidmətlərimizdən 50-dən çox ölkə 200-dən artıq şirkət yararlanır. Bu il biz Afrika bazarında mövcudluğumuzun 10 ilini qeyd edirik”.
“Peyk xidmətləri ilə yanaşı, kosmik sahədə intellektual məhsulların ixracına da başlamışıq”, - deyə D.Bədirxanov əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları