Bu günədək “Azərkosmos” 100-dən çox strateji önəmli kommersiya layihəsi həyata keçirib.
Xeberler.az məlumat verir ki, bunu “Azərkosmos”un sədr müavini Fuad Aslanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ilk peykin orbitə buraxılmasından 10 il sonra “Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırmağa nail olub.
“Bu, xidmətlərimizə tələbat olduğunu, həm də keyfiyyət göstəricisidir. “Azərkosmos” son illərdə kənd təsərrüfatı, ekologiya, turizm, mədənçilik, neft-qaz və enerji sahələrində bir çox layihələr reallaşdırıb. Yer səthinin müşahidəsi xidmətləri artıq gündəlik həyatımızın demək olar ki, bütün sahələrinə fayda verir”, – deyə o əlavə edib.
O, həmçinin qeyd edib ki, “Azərkosmos” bu illər ərzində yalnız coğrafi məlumatların təqdimatı ilə kifayətlənməyib, rəqəmsal həllərin hazırlanmasına da xüsusi diqqət yetirib. Hazırda şirkət bir neçə yeni platformanı istifadəyə təqdim etməyə hazırdır: “FarmUp” platforması kənd təsərrüfatı sahələrində məhsuldarlığın ölçülməsi və proqnozların verilməsi üçün mühüm vasitədir. “Platerra” platforması isə su hövzələri, meşə və əkin sahələrinin dəqiq müəyyənləşdirilməsinə, məlumatların təhlilinə imkan yaradır. “WebGis” platforması coğrafi və analitik məlumatları birləşdirərək optimal qərarların qəbuluna xidmət edir. İqlim hesabatı platforması isə təbii və antropogen amillərin təsiri nəticəsində baş verən dəyişiklikləri müşahidə etməyə və onların səbəblərini təhlil etməyə imkan verir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları