“Startap Azərbaycan 2015” in qalibləri kimlərdir?

26-05-2015 / 12:45

Mayın 15-də “Startap Azərbaycan 2015 ” müsabiqəsi başa çatdı və qaliblər açıqlandı. Dörd milli startap layihəsi bu ilki yarışmaların qalibi seçilib.

Bu il ilk dəfə müsabiqəyə 3 xüsusi nominasiya da daxil edilib. Belə ki, iştirakçı komandalar əlavə olaraq bu  müxtəlif nominasiyalar üzrə mükafatlandırıldılar.

Xeberler.az qalib komandalar və nominasiyalar üzrə fərqlənən layihələr və onların əsas fəaliyyət istiqaməti haqqında qısa məlumat vermişdi.

Bu dəfə qalibləri ictimaiyyətə daha geniş və ətraflı tanıtmaq üçün onlar haqqında bir qədər geniş formada icmal hazırladıq.

“Startap Azərbaycan 2015” müsabiqənin qaliblərindən biri “Portret.al” layihəsidir. Bu startapla şəkilləri sistemə daxil etmək vasitəsilə, həmin şəklin portret versiyasını əldə etmək olur, göndərdiyiniz şəkillərin portret versiyaları, A3 və A2 formatlı posterdə çap edilərək, çərçivə ilə qeyd etdiyiniz ünvana çatdırılır. Layihə təsadüfi olaraq yaradılıb. Bu barədə layihə həmtəsisçisi Orxan Əhmədov məlumat verib.

Orxan Əhmədov deyir ki, layihəni yaratmaq üçün üçün çox düşünməyiblər. Belə ki, dekabr ayında Rusiyanın Sankt-Peterburq şəhərindən Bakıya gələn Füzuli Əlili və onun həyat yoldaşı Yana Lyubimenko ilə şəhərimizin kafelərinin birində oturublar. Söhbət əsnasında onlarla dizayn studiyası qurmaq və gələcək planları haqqında söhbət ediblər. Söhbət əsnasında Yana ona telefonunda özünün çəkdiyi rəsmini göstərir. Şəkili çox bəyənən Orxan Əhmədəov onlara işlərini quranadək müvəqqəti olaraq bu formada rəsimlər çəkərək satmağı təklif edib.

O bildirir ki, ideya hər kəsin xoşuna gəldi və bir neçə gün sonra layihəyə ad fikirləşəndə Portret.al domenin boş olduğunu bilirlər və beləliklə ad da elə saxlanılır.

Sayt hazırlanana kimi Facebook səhifələrini açırlar və elə ilk sifarişləri də ordan qəbul etməyə başlayırlar. 

Orxan Əhmədov deyir ki, ilk uğurları Startap Azərbaycan finalçısı və qalibi olmalarıdır. Daha sonra isə Netty müsabiqəsinin nominantı və finalçısı olublar.
O bildirib ki, Portret.al-ın komandası 4 nəfərdən ibarətdir:

Füzuli Alili – layihənin rəhbəri, Rusiyada Ochi studio-nun qurucusu. Hazırda isə Portret.al ilə yanaşı Bakıda yeni fəaliyyətə başlamış Studio Center-in təsisçisidir.

Yana Lyubimenko – rəssam dizayner və portret.al stilinin yaradıcısıdır. Rusiyada Ochi Studionun həmtəsisçisi və əsas dizayneridir. Hazırda Portret.al ilə yanaşı, Studi Center dizayn studiyasının həm-təsisçisi və dizayneridir.
Orxan Əhmədov – MultiBon, Xərcim.az layihəsinin təsisçisidi. Portret.al layihəsinin isə həmtəsisçisidir.
Nicat Əsədov – Portret.al veb platformasının qurucusudur. Orxan Əhmədov isə MultiBon, Xərcim.az, Mashinbazari.az layihələrində veb developer və həmtəsisçidir.

Hazırda komanda Portret.al ilə yanaşı digər layihələr üzərində də çalışır. Bununla yanaşı Portret.al layihəsini genişləndirərək, beynəlxalq bir layihəyə çevirməyi planlayırlar. Belə ki, yaxın gələcəkdə sistemdə bir növ deyil, müxtəlif stildən olan portretlər sifariş etmək olacaq. Ən əsası isə rəssamlar da, dünyanın müxtəlif yerlərindən olacaq ki, bununla da həm zövq, həm də keyfiyyət fərqi dərhal hiss olunacaq.

Müsabiqədə qalib olmuş digər startap “Appol- Ustad”-dır . Bu layihə ümumi imtahan sistemidir, bu sistemlə istənilən şəxs sistemə suallar daxil etməklə imtahan yaradacaq və ya sistemdəki dərsləri seçərək imtahanda iştirak edəcək. Layihənin rəhbəri Şahin Abdurəhimov 1980-ci ildə Ağdaş şəhərində anadan olub. Orta məktəb təhsilini də Ağdaşda alıb. Ali təhsilini Ankarada Orta Doğu Texniki Universiteti Bilgisayar Mühəndisliyi fakultəsində alıb. Daha sonra İstanbulda Gantek şirkətində çalışıb və 8 ildir ekspert mühəndis kimi Azercell-də işləyir. Həm də mobil proyektlər üzrə mütəxəssisdir.

Şahin Abdurəhimov deyib ki, komandalarında Nurlan Məmmədli, Ülvi Dadaşov, Natiq Məmmədov və Məhəmmədiyyə Abdurəhimov çalışır. 

Layihə rəhbərinin sözlərinə görə, komanda üzvlərinin hər biri öz sahəsində peşəkar mütəxəssislərdir. Layihənin maliyyələşdirilməsinə gəlincə isə o, məlumat verib ki, özləri bu maliyyəni təmin edirlər.

Komanda rəhbəri hesab edir ki, layihəyə investisiya ayrılsa onlar bu işi daha da sürətləndirib, qısa vaxtda gəlir əldə edə bilərlər.

Komada hazırda Ustad - Android tətbiqi üzərində işləyir və yaxın vaxtlarda ilk prototip tətbiqiqlərini Google Play-ə yerləşdirəcəklər.

Onun sözlərinə görə, bu günə qədər hazırladıqları tətbiqlərinin yüklənmə sayı 200 mindən çox olub. Tətbiqlərimizi buradan yükləyə bilərsiniz:

Bakuparking” də  “Startap Azərbaycan 2015 ”qalibləri sırasındadır . Bu startap mobil telefon və applikasiya vasitəsi ilə sadə və rahat yolla yoxlanış edərək və ya SMS vasitəsi ilə mesaj göndərərək parking ödənişi etməyə imkan yaradır. Layihənin rəhbəri Hamed Mohammadpour, 20 yaşındadır.

O, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyat və Kibernetika fakultəsinin 3-cü kurs tələbəsidir.

Bildirir ki, 9-cu sinifdə oxuyanda proqramlaşdırmanı özü öyrənib. “Yeni Fikir 2013” müsabiqəsində “ E-commerce” layihəsi 3-cü yerə layiq görülüb, və 1 aylıq Türkiyə teknoparklarında təcrübə keçib , Startap Azərbaycan yarışmalarında fərqlənib. Layihə rəhbəri deyir ki, e- ticarət bazarı hazır olmadığı üçün layihələri bir müddət dayandırılıb.

BakuParking layihəsinin komandası 3 nəfərdən ibarətdir. Onun sözlərinə görə, hazırda bütün güclərini bu layihəyə sərf ediblər  və layihəni Azərbaycanın ən böyük startapına çevirməyi qarşılarına məqsəd qoyublar. 

Qeyd edək ki, BakuParking layihəsi “GoMap mobil tətbiqləri” üzrə nominasiyası üzrə də fərqlənib.

“Startap Azərbaycan 2015”in daha bir qalibi Billboard.az-dır. Bu layihə elan saytlarında elanların yerləşdirilməsini nəzərdə tutur. Layihəsinin rəhbəri Üzeyir Zeynalzadənin 23 yaşı var. İT sektorunda 5 ildən coxdur çalışır.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakultəsini bitirib.

Üzeyir Zeynalzadə deyir ki, bu layihədən əvvəl elə də böyük layihəsi olmayıb. O, müxtəlif startap müsabiqələrində, İT konfranslarında iştirak edib.

Hazırda o, yalnız bu layihə üzərinə işləyir. BillBoard-a yeni dizayn, yeni ad vermək istəyirlər. Layihənin komandasında onunla bərabər Nail Azizov da çalışır. Bu layihədən başqa onlar üç lahiyə üzərində işləyirlər. Komanda gələcəkdə Android Devolopment sahəsində fəaliyyət göstərməyə çalışır.
Startup Azərbaycan 2015-də “Ən motivasiyalı komanda” nominasiyası üzrə MyTagram layihəsi seçildi.

Müsabiqənin ən azyaşlı komandası MyTagram- Milli sosial sual şəbəkə layihəsidir.

Layihə rəhbəri Həmzə Hüseyinlin 15 yaşı var. Deyir ki, 7 yaşından İT sahəsi ilə maraqlanır. Onun bu günə qədər 10-15 layihəsi olub. Hazırda vaxtının MyTagram layihəsinə ayırıb.

Həmzə Hüseyinli qeyd edir ki, ona ən böyük uğuru MyTagram.az gətirib. 

Layihə rəhbəri deyir ki, hazırda əsasən MyTagrami üzərində çalışırlar. Komandları 5-6 nəfərdən ibarətdir. Altun Həsənli Web dizayner və qrafik işlərini həyata keçirir. Nuranə İsmayılova isə sosial şəbəkə meneceridir. Tural Rzaxanov sistem qrucusudur.

Həmzə Hüseynli deyir ki, gələcəkdə MyTagram layihəsini qlobal bazara çıxarmağı düşünürlər.

“E-gov mobil tətbiqləri” nominasiyası üzrə RobiGuide layihəsi fərqlənib. Layihə Azərbaycanda və daha sonra inkişaf etdikcə müxtəlif ölkələrdəki, şəhərlərdəki abidələri, binaları, restoranları, əyləncə mərkəzlərini, ofislərini daha dəqiq tapmaq və həmin obyekt barəsində səsli, yazılı şəkildə məlumat verir.

Layihənin rəhbəri Namət Məmmədzadənin 24 yaşı var. Orta məktəbi Bakıda bitirib. Deyir ki, 10 yaşından İT ilə maraqlanıram .

Öyrəndik ki, o, orta məktəbdə İT biliklərinə görə həmyaşıdlarından fərqlənib. 9-cu sinifdə orta məktəb təhsilinin passiv proqramlaşdırmaya doğru getdiyini görən Namət Məmmədzadə növbəti sinifdə orta məktəbi tərk edib sənədlərini orta ali təhsil almaq ücün TQDK-ya imtahan vermək üçün təqdim edib. 

2007-ci ildə o, Bakı Dövlət Sosial İqtisad kollecinə daxil olub. Burada imkan yaranıb ki, o, proqramlaşdırma sahəsində biliklərini daha da mükəmmələşdirsin. Elə ilk İT layihəsini də bu kollecdə oxuyanda yaradıb. O, Bakı Dövlət Sosial İqtisad kollecində imtahanların kompüterlə verilməsi üçün sistem hazırlayıb. Qeyd edək ki, hazırda kollec həmin sistemlə çalışır.

Namət Məmmədzadə 2013-cü ildən ilk dəfə "Hackathon Azerbaijan"nın təşkil etdiyi "Win Phone 2" müsabiqəsinə fərdi formada qatılıb. Bu yarışlarda bir neçə dəfə fərqlənib.
Həmin il Azərbaycan Memarlıq və İnşaat universitetinə daxil  olub. Elə həmin il Gürcüstanda ACM İCPC beynəlxalq proqramlaşdırma müsabiqəsində Azərbaycandan olan 10 komandadan biri olub. Bundan əlavə Startap Azerbaijan, StartUp Weekend və Startup Günləri müsabiqələrində də iştirak edib.

2014-cü ildə Astana şəhərinin Nazarbayev Universitetdə keçirilən "IT-Universe"- beynəlxalq tələbələrarası İnformasiya Texnologiyaları müsabiqəsinə qatılıb. Beynəlxalq müsabiqədə MDB olkələr arasında Azərbaycanı və AZMİU 2- ci yerə layiq görülüb.

İlin sonunda isə yenidən Gürcüstan respublikasında keçirilən ACM İCPC proqramlaşdırma müsabiqəsində  iştirak edib, paralel olaraq Azərbaycanda keçirilən CCC StartUps-in təşkilatçılığı ilə olan StartUp AddVenture müsabiqəsinə qatılıb. Bu il isə “Startap Azərbaycan 2015” müasbiqəsində nominasiya üzrə qalib seçilib.

Namət Məmmədzadə hazırda AZMİU-nun İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsində çalışır.

RobiGuide layihəsinin komandası 6 nəfərdən ibarətdir. Günay Məmmədzadə - business developer ( şirkəti inkişaf etdirən),  Mahir Vəlizadə  Uİ/UX dizayneri, Saniyat Şıxova  satış meneceri, Şəfanə İbrahimova  isə sosial menecerdir. Hazırda komandaların çalışması üçün şirkət kimi formalaşmağı düşünürlər və üzərində işlədikləri müxtəlif lahiyələri şirkət adından məhsul kimi təqdim edilməsi nəzərdə tutulub.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə