“Rəqəmsal Vətəndaş Cəmiyyəti” panel müzakirəsi keçirilib

21-10-2025 / 16:29
Ötən gün Xankəndində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Rəqəmsal Vətəndaş Cəmiyyəti” panel müzakirəsi keçirilib.
 
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məlumat verib.
 
Bildirilib ki, AZCON tabeliyində “Milli Süni İntellekt Mərkəzinin” rəsmisi Orxan Namazov və Yeni texnologiyalara dəstək ictimai birliyinin rəhbəri Ceyhun Xəlilov panelçilərdən idi.
 
Müzakirələrdə qeyd edilib ki, artıq ölkədə vətəndaş cəmiyyətinin klassik formadan çıxaraq, rəqəmsal alətlər və platformalara, süni intellekt, big data və onlayn iştirak çərçivəsinə inteqrasiya edib.
 
Rəqəmsal infrastrukturun, rəqəmsal platformaların və süni intellektin vətəndaş cəmiyyəti üçün yaratdığı imkanlar və risklər müzakirə predmeti olub.
 
Vətəndaş cəmiyyətinin rəqəmsal iştirak platformalarında aktivliyinin xeyli artdığı diqqətə çatdırılıb.
 
Müzakirələrdə fikir birliyi ondan ibarət olub ki, vətəndaş cəmiyyətinin rəqəmsal transformasiyasının güclənməsinə ciddi ehtiyac var.
 
Panel müzakirəsində, Rəqəmsal vətəndaş cəmiyyəti konsepsiyasının hazırlanmasının vacibliyi vurğulanıb. Bu konsepsiyanın yalnız texnologiya məsələsi deyil — hüquqi, etik, institusional və sosioloji aspektləri də əhatə etməsinin vacibliyi qeyd edilib.
 
Müzakirələrin gedişində bu konsepsiyanın müasir şəraitdə QHT-lərin daha da güclənməsinə, ictimai nəzarətin və sosial fəaliyyətin daha səmərəli və effektiv təşkilinə ciddi təkan verəcəyi bildirilib.
 
Müzakirə zamanı aşağıdakı istiqamətlərdə konkret təkliflər irəli sürülüb:
 
- Rəqəmsal vətəndaş cəmiyyəti konsepsiyasının hazırlanması;
- QHT-lər üçün rəqəmsal və süni intellekt alətlərindən effektiv istifadə və Big Data istifadəsi üzrə təlimlərin təşkili;
- QHT-lərin dövlət datasına çıxışı və ictimai məlumatlardan istifadəsi üçün açıq imkanların yaradılması;
- Dezinformasiya və alqoritmik manipulyasiyaya qarşı mübarizədə, informasiya təhlükəsizliyi sahəsində QHT-lərin rolunun gücləndirilməsi;
- QHT-lərin internet resurslarının, süni intellekt əsaslı həllərinin ölkə daxilindəki məlumat bazalarında güzəştli şərtlərlə saxlamaq imkanlarının təmin edilməsi;
- Açıq məlumat bazaları haqqında qanunun qəbulu ;
- Regionlar və Bakı arasında rəqəmsal bərabərsizliyin aradan qaldırılması və regionlarda rəqəmsal vətəndaş fəallığının artırılması üçün təşəbbüslərin dəstəklənməsi
- "Rəqəmsal suverenliyin" təminatçısı sahəsində QHT-lərin rolunun gücləndirilməsi və s.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə