Azərbaycanlıların hazırladığı tətbiq «Zoom», «Tik-Tok», «Facebook» və «Youtube»u - GERİDƏ QOYDU

07-12-2020 / 11:50

Azərbaycanlı developerlərin hazırladığı yeni mobil tətbiq ABŞ bazarında dünyanın ən populyar tətbiqlərini yüklənqə sayına görə geridə qoyub.

Xeberler.az bildirir ki,  Əjdər Qasımov və onun həyat yoldaşı Ülkər Qasımzadənin hazırladıı «Hype Simulator» tətbiqi, ötən həftə ABŞ-da ən çox yüklənin tətbiqlərin siyahısında 10 pillə irəliləyib. Bu proqram yüklənmə sayına görə, «Zoom», «Youtube», «Facebook», «TikTok» kimi nəhəng mobil tətbiqləri geridə qoyub, artıq iki gündür ABŞ-da iOS marketdə birinci sıradadır. 

Yeni proqram, istifadəçilərin sosial şəbəkələrdə daha sürətlə populyarlaşmasına imkan verir. Proqramın sadə işləmə prinsipi var: 

«Xəyal qurduğunuz bütün hay-küyləri əldə edin !! Diqqət mərkəzində olduğunuzda həyatın necə olduğunu görmək üçün simulyasiyaya daxil olun!

Qurulduqdan sonra bir sosial media ulduzunun həyatını yaşamaq üçün 15 dəqiqə vaxt qazanacaqsınız! Görə biləcəyiniz çox şey var: öz videolarınızı göndərin, şərhlər, bəyənmələr və izləyicilər alın və hətta istədiyiniz şəxslərdən bildiriş alın! Vaxt bitdikdən sonra hər şeyə yenidən başlaya bilərsiniz!»deyə tətbiqin təsvirində deyilir.

«Hype Simulator»a diqqəti cəlb edən, ona üstünlük gətirən maraqlı məqamlardan biri də odur ki, bu proqram başqalarından fərqli olaraq istifadəçinin şəxsi məlumatlarını toplamır.

Onun vasitəsilə yükslənən bütün şəkil və videolar, eləcə də yazışmalar yalnız istifadəçinin öz telefonunda qalır və digər yerə ötürülmür: «Ətraf mühit tamamilə idarə olunur və bütün məlumatlar təhlükəsizdir, yalnız öz cihazınızda saxlanılır (yüklədiyiniz fotolar, "azarkeşlərinizə" dedikləriniz, axtarış şərtləriniz, profil məlumatlarınız və s. Daxil olmaqla heç bir məlumat saxlamırıq). 

Başqa bir sosial media platforması ilə əlaqəli deyilik. Əslində biz heç bir sosial media platforması deyilik. Bu tətbiq sadəcə sosial media şöhrəti konsepsiyasıdır və insanlara rəqəmsal şöhrətin necə hiss olunduğunu öyrətmək məqsədi daşıyır». 

Azərbaycanlıların hazırladığı bu proqramın üstünlüklərini istifadəçilər də qiymətləndirir: «TikTok», «Snapchat» kimi platformalarda aylarla, illərlə işləyib, qazacağınız məşhurluq hissinin nə olduğunu sizə 15 dəqiqə ərzində yaşadır. Amerika bazarında ilk yerə yüksəlməsinin də sadə səbəbi, həmin ölkəinin gənclərinin psixologiyasıdır ki, məşhurluq hissini bir çox sosial media istifadəçiləri yaşamaq istəyir»-deyə istifadəçilərdən biri, iş adamı Baba Ağayev bildirib.

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.