Previous Next
Bağla

Azercell   “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək

18-04-2024 15:23
Azercell   “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək

 “M360 Eurasia 2024” Bakıda qabaqcıl texnoloji şirkətlərin liderlərini yenidən bir araya gətirəcək

“Azercell Telekom” MMC Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən “GSMA M360 Eurasia 2024” konfransının baş sponsoru qismində çıxış edir.  Ötən il olduğu kimi, bu il də konfrans telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan  aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplayacaq. Tədbir çərçivəsində sənayenin rəqəmsallaşma prosesinə birbaşa təsiri, onun innovasiya və tərəqqi üçün yaratdığı yeni perspektivlər haqqında danışılacaq.  

“Yüksək sürətlə irəliləyən elmi-texnoloji inkişaf, bir çox sahələrdə proseslərin avtomatlaşdırılması davamlı inkişaf üçün sərhədsiz imkanlar vəd edir. Bu gün Azercell-in lider mobil operator mövqeyində qərarlaşması bizi ölkənin rəqəmsal ekosisteminin formalaşması prosesinin aparıcı qüvvələrindən birinə çevirir. Bu bizim üçün böyük məsuliyyət deməkdir”,-deyə Azercell-in prezidenti Zərinə Zeynalova bildirdi. “Biz “GSMA M360” kimi nüfuzlu beynəlxalq tədbirə Bakıda ev sahibliyi etməkdən qürur duyuruq. İnanırıq ki, konfrans davamlı gələcəyin qurulmasına öz töhfəsini verəcək, bu mövzuda aparılan müzakirələr və yeni tərəfdaşlıqlar üçün uğurlu platforma rolunu oynayacaq”.

Konfransın açılış günündə rəqəmsal dövrün transformasiya gücü, eləcə də MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yolları müzakirə ediləcək. Əsas mövzular arasında generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) yer alır. Tədbirin ikinci günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri gündəmə gətiriləcək. COP29 ərəfəsində rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər barədə danışılacaq. Daha sonra sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik kimi mövzular ətrafında müzakirələr aparacaqlar.

 Qeyd edək ki, ötən il tədbirə 29 fərqli ölkədən iştirakçılar qatılmışdır ki, onlardan 30%-i müxtəlif şirkət və qurumların rəhbərləri, 45%-i isə qeyri-telekommunikasiya sahəsində çalışan iştirakçılar təşkil edirdi. Bu il də tədbirin eyni miqyasda auditoriya toplaması gözlənilir.

 15- 16 may tarixlərində “JW Mariott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

26-04-2024

Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı

13-05-2024

“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

03-05-2024

“Aztelekom” MMC “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

01-05-2024

Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur

20-04-2023

“GSMA M360 EURASIA 2023” konfransına qeydiyyat davam edir

03-05-2023

“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu

16-05-2024

Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar

23-05-2024

Azercell-in baş sponsorluğu ilə "GSMA M360" konfransı keçirilib

17-05-2023

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib

23-05-2025

“AzInTelecom” “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında!

11-05-2023

Azercell və GSMA əməkdaşlığı gücləndirir

24-09-2024

Bakı “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransına ev sahibliyi edib

18-05-2023

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

16-05-2024

A-Solutions-un Baş İcraçı Direktoru rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

23-05-2025

Ekspert: Region 6G-yə hazırlaşır, Azercell hələ GPON ilə məşğuldur

24-05-2025

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

13-12-2023

Nazir: “Azərbaycan rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktura sərmayə yatırır”

16-05-2023

AzerTelecom Mobil Dünya Konqresində iştirak edib

07-03-2018

Azercell Global İnfluencer Day tədbirinin GSM sponsorudur

27-10-2018

Azərbaycanda 5G-ni ilk tətbiq edəcək mobil şirkətin adı açıqlanıb

16-05-2023

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026

Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

24-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə