“Azercell Telekom” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif qruplarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Bu dəfə şirkət “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri və əməkdaşları üçün xüsusi təlim proqramı təşkil edib.
Layihənin əsas məqsədi ahıl insanların sosial fəallığının artırılması, dəyişən dövrün tələblərinə uyğun bilik və bacarıqlar əldə etmələrinin təşviqi olub. Təşəbbüs eyni zamanda onların gündəlik həyat və ictimai fəaliyyətlərində istifadə edə biləcəkləri praktiki bacarıqların inkişafına dəstək göstərib.
“Azercell” Akademiyasının peşəkar təlimçiləri tərəfindən keçirilən sessiyalar effektiv ünsiyyət və informasiya təhlükəsizliyi mövzularını əhatə edib. İnteraktiv formatda təşkil olunan təlimlər iştirakçılara həm nəzəri biliklər qazanmağa, həm də praktiki bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.
Eyni zamanda, “Üçüncü Bahar” İB-nin əməkdaşlarının peşəkar bacarıqlarının inkişafı məqsədilə onlar üçün emosional intellekt və biznes etiketi mövzularında sessiyalar keçirilib.
Qeyd edək ki, “Üçüncü Bahar” İctimai Birliyi ahıl insanların aktiv və sağlam həyat tərzinin təşviqi, sosial inteqrasiyasının gücləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının inkişafına yönəlmiş fəaliyyət həyata keçirən qeyri-hökumət təşkilatıdır.
“Azercell” cəmiyyətin müxtəlif yaş və sosial qruplarının inkişafına yönəlmiş layihələr vasitəsilə inklüziv inkişafın təşviqinə və insanların müasir dövrün çağırışlarına uyğun bacarıqlar əldə etməsinə töhfə verməyə davam edəcək.



























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları