Previous Next
Bağla

Azercell Bəxtiyar Hacıyeva cavab verdi-Rəsmi açıqlama

22-12-2017 14:09
Azercell Bəxtiyar Hacıyeva cavab verdi-Rəsmi açıqlama

Dünəndən sosial mediada Azercell-in müştərisi olan ictimai fəal  Bəxtiyar Hacıyevin mobil operatorla yaşadığı problem müzakirə edilir.

Belə ki, Bəxtiyar Hacıyev iddia edir ki, Belçkida səfər olarkən onun zəng çatmayan nömrəsinə zəng cəhdinə görə 18 AZN çıxılıb.

O, Azercell-i Belçikada vahid tarif etmədiyinə görə günahlandıraraq bununla bağlı şirkətə şikayət ünvanlayıb.

Növbəti paylaşımında isə şirkət əməkdaşlarının onunla kobud danışdığı və iradlarını nəzərə almadığı barədə məlumat verib.

Qeyd edir ki, hətta Azercell onun sosial media hesablarının şirkətin rəsmi səhifələrinə girişinə blok qoyub.

Xeberler.az olaraq məsələ ilə maraqlandıq.

Azercell şirkəti baş verən problemlə bağlı sorğumuza rəsmi cavab verib.

Şirkətin açıqlamasını təqdim edirik:

 “Abunəçi Bəxtiyar Hacıyevin şikayəti ilə əlaqədar bildiririk ki, qeyd edilən nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında Azercell Telekom MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməyib.

 Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən zənglərin müddətləri isə hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmadıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaq. Hazırda qüvvədə olan tariflərə əsasən rominq xidməti çərçivəsində Belçikanın “Proximus” (Belgacom) operatorunun şəbəkəsində ölkədaxıli istiqamətlərə zəng 4,2 manat, Azərbaycan istiqamətində zəng 17,90 manat, digər istiqamətlərdə zəng isə 18,2 manat (hesablama intervalı 60 saniyə təşkil edir) xidmət haqqı hesablanır. Azercell Telekom MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır.

Azercell Telekom MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməyib. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir. Abunəçilər Azercell Telekom MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. 

Hər hansı abunəçinin, 3-cü şəxsin müraciətinə baxılamaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün Azercell Telekom MMC-yə təqdim etməyinizi xahiş edirik. Beləliklə də, mənfi rəy formalaşdırmağa hesablanmış formada həqiqətəuyğun olmayan ifadə və mülahizələrdən bilərəkdən qıcıq yaradacaq şəkildə şişirdilərək istifadə edilməsi ilə Azercell Telekom  MMC-nin işgüzar nüfuzuna xələl gətirilməsinə cəhd edilməsi dərin təəssüf hissi doğurur və Azercell Telekom MMC öz haqlı mövqeyini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müdafiə etmək hüququnu özündə saxlayır. Xahiş edirik nəzərə alasınız”.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022

“Azercell” bəzi internet paketlərinin qiymətini artırıb

10-01-2022

Azercell tarif paketləri ilə bağlı açıqlama yayıb

07-05-2025

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015

"Azercell" açıqlama yayıb

13-03-2022

Bu zəng və mesajları açmayın-Azercell-dən açıqlama

03-05-2023

Telefon alanda diqqətli olun- Xəbərdarlıq

09-10-2017

Azercell-dən açıqlama  

14-07-2022

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell-dən rominqdə olan abunəçilərinə müjdə

18-03-2015

Azercell Paycell xidməti üzrə göndərilən sorğuların xidmət haqqını dayandırır

22-04-2020

Azercell Azərbaycana yeni texnologiya gətirir

02-12-2015

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

Azercell yeni xidmət istifadəyə verdi

13-02-2017

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

Bu şirkətlər SMS-in qiymətində güzəştlə bağlı ayrı-seçkiliyə yol verib

09-12-2022

"Azercell" Pakistanda rominq üzrə vahid xidmət haqqı tətbiq edəcək

20-11-2020

“Azercell” abunəçilərinə xəbərdarlıq edib

24-01-2025

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

18-10-2019

Azercell 10 AZN-ə 15 dəq rominq xidməti təklif edir

22-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə