Previous Next
Bağla

Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

15-09-2020 09:47
Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

Xeberler.az bildirir ki, yeni brend kimliyi ilə ölkənin telekommunikasiya sektorunun lideri “Azercell Telekom” MMC Azərbaycanda qazandığı uğurları dünyaya daşıyaraq və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb. Şirkət bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Azercell eyni zamanda “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə Bürünc mükafata da layiq görülüb.

Azercell-in rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində gördüyü işlər, korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti müstəqil beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Münsiflər Azercell-in həm ölkədə, həm də Cənubi Qafqazda yeni nəsil texnologiyaları ilk tətbiq etməsi, ən son innovativ həlləri yerli bazara gətirməsi və eyni zamanda yüksək sosial məsuliyyətli siyasət həyata keçirməsini xüsusi vurğulayaraq, Azərbaycanın aparıcı operatorunu “regionun ən uğurlu şirkəti”, “dünya səviyyəli qurum”, “qalib brend” kimi xarakterizə ediblər.

Qeyd edək ki, müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP Inc., UNESCO ICHCAP, IBM və s. bu kimi nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır. "STEVIE” İnternational Business Awards biznesin bütün aspektlərini əhatə edən, müxtəlif sahələrdə çalışan şirkətlərin uğurunu qiymətləndirən və onları bütün dünyaya tanıdan bir mükafatdır. Bu il  “STEVIE” mükafatı dekabrda Parisdə təşkil olunacaq mərasimdə qaliblərə təqdim olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

19-08-2021

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

11-01-2019

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

Azercell “Baku Flames”da ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

19-05-2026

“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

21-12-2009

Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

26-09-2019

Startapımız beynəlxalq mükafata layiq görülüb

16-08-2016

“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur

15-01-2021

“Azercell” telekom sahəsinin lideri seçilib

08-12-2010

Azercell daha bir uğura imza atdı

26-03-2019

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

11-07-2018

“Azercell” “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir

06-01-2021

“Azercell” beynəlxalq kommunikasiya müsabiqəsində finalında

17-09-2010

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

Azercell-in prezidenti qızıl medal aldı

13-10-2017

Azercell-dən 010 seriyalı gözəl nömrələr!

28-04-2022

"Azercell" şəhid və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

07-12-2020

Azercell kampaniyaları "Felis Azərbaycan"da 9 mükafat qazanıb

23-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə