Azercell Telekom aprelin 1-dən etibarən şirkətin Texnologiyalar Departamentində təcrübə keçmək istəyən gənclər üçün Tələbə Təcrübə Proqramı-nı elan edib.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, qaydalara əsasən Azərbaycanın ali təhsil ocaqlarında bakalavr səviyyəsinin son iki kursunda və magistr pilləsində təhsil alan tələbələr 2017-ci ilin 1 may tarixinə qədər Tələbə Təcrübə Proqramı-na müraciət edə bilər/
Bunun üçün https://www.azercell.com/az/company/career/vacancies/ linkinə daxil olmaq lazımdır.
Məlumat üçün bildirək ki, “Tələbə Təcrübə Proqramı” tələbələrə telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Proqram çərçivəsində mərhələlərlə seçilən gənclər şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.
2008-c ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 102 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 15-i isə şirkətdə işlə təmin olunublar.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri