Previous Next
Bağla

Azercell şəbəkə imkanlarını genişləndirir və gücləndirir

27-12-2018 11:10
Azercell şəbəkə imkanlarını genişləndirir və gücləndirir

Azercell Telekom abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təqdim olunan internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm addımlar atıb.

Xeberler.az  bildirir ki, 14-15 dekabr tarixlərində Abunəçi Məlumatlarının Mərkəzləşdirilməsi layihəsi (UDC) uğurla tamamlandı. Bir neçə mürəkkəb mərhələni özündə biləşdirən UDC layihəsi Azercell şirkətinin texnoloji cəhətdən davamlı inkişafının göstəricilərindən biridir.

Qeyd edilən tarixlərdə, həmçinin məlumat strukturun gücləndirilməsi zəminində HLR Miqrasiyası prosesi müvəffəqiyyətlə yerinə yetirildi. Paralel şəkildə internet ötürücülüyünün artırılması məqsədilə Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi işləri də uğurla icra olundu.

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev sözügedən proseslərlə bağlı bildirdi ki, şirkət abunəçiləri təqdim edə biləcəyi ən güclü və dayanıqlı şəbəkə ilə təmin etmək üçün böyük layihələr həyata keçirir və mövcud resurslardan maksimal şəkildə istifadə edir.

“Ümumiyyətlə, bu tip nəhəng layihələrin yerinə yetirilməsi çox ciddi riskləri özündə birləşdirir. Bir çox ölkələrdə bu layihələr zamanı ümumi şəbəkə kəsintisi kimi ciddi fəsadlar yaşanıb. Lakin, Azercell UDC layihə qrupu Ericsson mütəxəssisləri ilə birlikdə qarşıya çıxa biləcək bütün risk və problemləri öncədən nəzərə alaraq, texniki nasazlıqları minimum həddə endirə bilmişlər” deyə Vahid Mürsəliyev bildirdi.

O, bütün diqqətin Azercell şəbəkəsinin 5G və digər yeni nəsil texnologiyaların tətbiqinə hazırlanmasına, müştəri təcrübəsinin mükəmməlləşdirilməsinə yönəldəyini vurğuladı. Vahid Mürsəliyev onu da qeyd etdi ki, şirkət bundan sonra da təqdim etdiyi keyfiyyətli və rahat xidməti ilə abunəçilərin gündəlik, eləcə də işgüzar həyatını asanlaşdırmaq üçün çalışmağa davam edəcəkdir.

Qeyd etmək lazımdır ki, UDC (User Data Consolidation)– Abunə istiqamətli telekommunikasiya şəbəkələrinin verilənlər bazasının daha çevik, daha sürətli və daha keyfiyyətli istifadəsinə imkan verir. UDC –çoxməqsədli sistemdir və telekommunikasiya sahəsində fəaliyyət göstərən digər bütün növ sistemlərlə uyğunlaşa bilir.

Telekommunikasiya şəbəkəsində hər bir aktiv mobil cihazın məlumatlarını özündə cəmləyən HLR-yerləşmə qeydiyyatı bazası mövcuddur. HLR-ın məqsədi bu məlumatların toplanmasında funskionallığı təmin etmək və istifadəçinin müəyyən edilməsi (təsdiqlənməsi) kimi istəkləri emal etməkdir. Qeyd edək ki, məlumat bazası hər zaman yenilənir. Tutum qabiliyyəti tükənmək üzrə olarkən və ya şəbəkədə təkmilləşmə işləri görülərkən, hər bir istifadəçi üçün məlumat strukturu gücləndirilməli olur. Bu halda, istifadəçi məlumatlarının itirilməsinin qarşısının alınması üçün data köhnə HLR-dan (mənbə HLR) yeni HLR-a (hədəf HLR) köçürülür. Bu proses HLR miqrasiyası adlanır ki, şirkətimiz tərəfindən uğurla tamamlanmışdır.

Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi layihəsi müştəri təcrübəsinin inkişafına yönəlmiş mühüm proseslərdən biridir. Azercell onun köməyilə İnternetdə məlumat ötürücülüyünü artırmağa nail olacaq. Beləliklə də, internet istifadəsinin pik saatlarında mobil operatorun abunəçiləri sürətin nisbətən zəifləməsinin şahidi olmayacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019
Cocuq Mərcanlıda Azercell hər evə gəldi

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

23-08-2022
Azercell yeni kampaniyaya başlatdı

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018
Azercell-in ölkədə neçə baza stansiyası var?

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017
 Azercell 4G şəbəkəsini genişləndirir

Azercell 4G şəbəkəsini genişləndirir

17-06-2016
Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

04-07-2022
Azercell yeni genişmiqyaslı layihəyə start verdi

Azercell yeni genişmiqyaslı layihəyə start verdi

02-08-2022
Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020
Azercell ilə rominqdə onlayn ol

Azercell ilə rominqdə onlayn ol

17-01-2019
Dünyanı Azercell ilə səyahət et!

Dünyanı Azercell ilə səyahət et!

04-06-2019
Azercell cəbhə xəttindəki şəbəkəsini  təkmilləşdirir

Azercell cəbhə xəttindəki şəbəkəsini təkmilləşdirir

12-04-2016
Azercell 4G şəbəkəsini genişləndirir

Azercell 4G şəbəkəsini genişləndirir

15-11-2015
Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015
Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015
 Azercell-in prezidenti qızıl medal aldı

Azercell-in prezidenti qızıl medal aldı

13-10-2017
Azercell-dən 4G xidmətində daha bir yenilik

Azercell-dən 4G xidmətində daha bir yenilik

02-04-2018
Vahid Mürsəliyev Azercell-in prezidenti təyin olundu

Vahid Mürsəliyev Azercell-in prezidenti təyin olundu

01-12-2015
Azercell-dən avtomatik balans artırılması imkanı

Azercell-dən avtomatik balans artırılması imkanı

05-11-2021
Azercell daha bir uğura imza atdı

Azercell daha bir uğura imza atdı

26-03-2019
Müştəri məmnuniyyəti istiqamətində Azercell-dən yeniliklər

Müştəri məmnuniyyəti istiqamətində Azercell-dən yeniliklər

12-11-2019
Azercell-dən Yeni İl kampaniyası

Azercell-dən Yeni İl kampaniyası

05-01-2018
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası tamamlanıb

“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası tamamlanıb

19-12-2025
 Azercell telekommunikasiya sahəsində bir  ilkə imza atıb

Azercell telekommunikasiya sahəsində bir ilkə imza atıb

14-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə