Previous Next
Bağla

Azerfon-a​ yeni baş icraçı direktor təyin olunub

05-12-2017 22:42
Azerfon-a​ yeni baş icraçı direktor təyin olunub

Azerfon MMC (Nar) Dr. Qunnar Pankenin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edib.

Xeberler.az-ın məlumatına görə, Azerfon şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinatından öncə, cənab Panke İran telekommunikasiya şirkətində (TCI) strategiya, marketinq və müştəri təcrübəsi üzrə direktor vəzifəsində çalışıb.

O, sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 illik təcrübəyə malikdir. Qunnar Panke Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanmışdır. Biznes strategiyasının inkişafı, həyata keçirilməsi və monitorinqi sahəsində dərin bilik və təcrübəyə sahib olmaqla yanaşı, o, həm də beynəlxalq miqyaslı ekspert kimi tanınır.

Qeyd edək ki, Azerfon şirkətinin sabiq baş icraçı direktoru Dr. Klaus Müller yeni karyera imkanları ilə əlaqədar şirkətdən ayrılıb. Onun şirkətə rəhbərlik etdiyi dövr ərzində Azerfon biznesin inkişaf etdirilməsi, gəlirlərin artımı və fəaliyyət effektivliyinin yüksəldilməsi baxımından əhəmiyyətli nailiyyətlərə imza atıb.

Azerfon istedadlı və peşəkar kadrlardan ibarət bir kollektivdir. Bu komanda ilə və şirkətin baş icraçı direktoru vəzifəsində çalışdığım müddət ərzində əldə etdiyimiz nəticələrə görə qürur hissi keçirirəm. İnanıram ki, Qunnar Pankenin rəhbərliyi altında şirkət yeni zirvələr fəth edəcək”, – deyə Klaus Müller yeni təyinatı şərh edərkən vurğulayıb.

Müsbət tendensiyanın davam etdirilməsi məqsədilə yeni təyin olunmuş baş icraçı direktor Qunnar Panke də, öz növbəsində, fikirlərini bölüşüb: “İlk öncə, mən cənab Klaus Müllerə dərin təşəkkürümü bildirirəm. Əminliklə bildirmək istəyirəm ki, istifadəçilərimiz üçün ən sərfəli qiymətlər strategiyası, müştəriyönümlü xidmətlər və keyfiyyətin davamlı yüksəldilməsi strategiyasına sadiq qalacağıq”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerfon-a yeni baş icraçı direktor təyin edilib-Foto

30-08-2016

“Nar”a yeni baş icraçı direktor təyin olunub

27-10-2025

"Nar"ın rəhbərliyində dəyişiklik olub

30-09-2025

Nar-ın Baş icraçı direktoru rəqəmsal transformasiya mövzusunda çıxış edib

11-03-2019

"Aztelekom"a yeni baş direktor təyin olunub

25-12-2021

"Bakcell"in rəhbərliyində yeni təyinatlar olub - FOTO

22-02-2023

“Nar” və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi

29-04-2021

"Nar" Qarabağda 4G şəbəkəsinin əhatə dairəsini genişləndirir

29-03-2022

Azerfon yeni Baş Direktorun təyinatını elan etdi

11-11-2010

Bakcell yeni baş icraçı direktorun işə başlayacağını elan edir

16-04-2019

Qunnar Panke: “Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir"

13-07-2021

Müştərinin tələblərinə uyğun təkliflərin hazırlanması Nar-ın əsas strategiyasıdır

20-12-2018

Aztelekom-a Baş direktor təyin olundu-Rəsmi

02-12-2016

“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir

24-02-2022

Nar müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim edir

28-10-2019

Nazirlik: "Aztelekom"un baş direktoru işdən çıxarılmayıb"

07-12-2022

"Nar" yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

30-11-2022

Ultel şirkətinin Baş direktoru dəyişib

27-12-2023

“Azerfon” şirkətinin mobil abunəçilərinin sayı bu ilin əvvəlindən 10% artıb

12-09-2013

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

18-04-2018

Qunnar Panke: "Azərbaycanda 5G şəbəkəsini də istifadəyə verə bilərik"

12-03-2021

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

22-01-2019

"TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib

19-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə