Previous Next
Bağla

Nar-ın Baş icraçı direktoru rəqəmsal transformasiya mövzusunda çıxış edib

11-03-2019 17:52
Nar-ın Baş icraçı direktoru rəqəmsal transformasiya mövzusunda çıxış edib

“Azerfon” MMC-nin (“Nar” ticarət nşanı) baş icraçı direktoru Qunnar Panke Mərkəzi və Şərqi Avropa ölkələrinin 3-cü Sofia İnformasiya Texnologiyaları Sammitində məruzəçi kimi iştirak edib. Dünyanın aparıcı İT və telekommunikasiya şirkət rəhbərlərinin iştirakı ilə martın 7-də keçirilən ənənəvi tədbirdə İKT sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında danışılıb.

Xeberler.az  bildirir ki, Azərbaycan telekommunikasiya sahəsini sammitdə təmsil edən “Azerfon”-un baş icraçı direktoru Q.Panke müasir dövrdə rəqəmsal tranformasiya mövzusunda çıxış edib və rəqəmsal transformasiyanın telekommunikasiya şirkətlərinə verdiyi üstünlüklər barədə ətraflı danışıb. Böyük maraqla qarşılanan çıxışında Q.Panke bildirib:

“Rəqəmsal transformasiyanın bir neçə əsas aparıcı istiqaməti var. Birincisi, getdikcə daha çox insanın smartfonlardan istifadə edərək daha çox rəqəmsal xidmətlərdən xəbərdar olmasıdır. İkincisi, qarşılıqlı rəqəmsal əlaqədir; Müştərilər birbaşa olaraq öz xidmət operatorları ilə əlaqə saxlamaq istəyir və bu mənada biznes sifariş, çatdırılma və xidmətin tam avtomatlaşdırılmasını dəstəkləyir. Növbəti istiqamət 5G texnologiyasının tətbiqidir. Böyük həcmli məlumatların yüksək sürətlə ötürülməsi, məlumat mübadiləsi zamanı yaranan gecikmələrin minimal səviyyəyə endirilməsi yeni rəqəmsal tətbiqlərin və xidmətlərin yaranmasına imkan verəcək. Bu da bütün sahələrin rəqəmsal transformasiyasına təkan verəcək”.

Q.Panke rəqəmsal transformasiya prosesinin gələcəkdə “Nar”-da tətbiqi strategiyası üzərində intensiv çalışıldığını vurğulayb. Qeyd edək ki, Q.Panke sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanıb.

Qeyd edək ki, 3-cü Mərkəzi və Şərqi Avropa ölkələrinin İKT Sammitində yeni bazar trendləri, texnoloji nailiyyətlər, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Forumda Mərkəzi və Şəqi Avropa ölkələri ilə yanaşı, Yaxın Şərq, Türkiyə, Qafqaz regionundan İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərin rəhbərləri və baş icraçı direktorları, eyni zamanda şəbəkə operatorları, IXP (Internet exchange point), ISPs (Internet service provider), OTTs (Over the top), təhlükəsizlik və digər həll provayderləri sahəsində 300-ə qədər mütəxəssis iştirak edib. Sammitin keçirilməsində məqsəd aparıcı telekommunikasiya şirkətlərinin rəhbərlərini bir araya gətirmək, qarşılıqlı təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqla, inkişaf edən telekommunikasiya mənzərəsində gəlirliliyi artırmaq üçün strategiyalar irəli sürməyə şərait yaratmaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerfon-a​ yeni baş icraçı direktor təyin olunub

05-12-2017

Nar Mobil Dünya Konqresində iştirak edib

28-02-2018

“Nar”a yeni baş icraçı direktor təyin olunub

27-10-2025

"Nar"ın rəhbərliyində dəyişiklik olub

30-09-2025

Azərbaycan ilə Aİ arasında rouminq tariflərinin azaldılması müzakirə olunub

06-10-2021

Müştərinin tələblərinə uyğun təkliflərin hazırlanması Nar-ın əsas strategiyasıdır

20-12-2018

Qunnar Panke: “Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir"

13-07-2021

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

12-10-2022

"Nar" Qarabağda 4G şəbəkəsinin əhatə dairəsini genişləndirir

29-03-2022

Nikolai Beckers Londonda rəqəmsal transformasiya haqqında danışıb

15-11-2018

Nar ilin mobil operatoru seçilib

22-02-2018

“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir

24-02-2022

“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi

05-06-2024

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

08-05-2025

Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib

19-06-2023

“Azerconnect” şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

21-07-2023

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

18-04-2018

Qunnar Panke: "Azərbaycanda 5G şəbəkəsini də istifadəyə verə bilərik"

12-03-2021

Nazir Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb

18-07-2023

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

22-01-2019

Nar müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim edir

28-10-2019

“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir

09-07-2025

İKTA rəsmisi Beynəlxalq Forumda iştirak edib

30-04-2025

İKT sektorunun nümayəndələri beynəlxalq forumda iştirak edəcək

05-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə