“Azəriqaz” İstehsalat Birliyində istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması, xidmətə nəzarətin gücləndirilməsi və yaranmış problemlərin dərhal aradan qaldırılması məqsədi ilə “qaynar xətt” xidməti təkmilləşdirilərək, Müştəri xidməti şöbəsinin tərkibində yeni “Çağrı Mərkəzi” xidməti yaradılıb.
Bu, yeni xidmətlər təklif edən daha müasir bir sistemdir. Belə ki, abonentlər bundan sonra 104 və 185 nömrəli “qaynar xətt”lərə zəng vuraraq səsli menyunun köməyi ilə müvafiq düymələrdən birini seçməklə öz müraciətlərini ünvanlaya biləcəklər.
Həmçinin, sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınacaq və yerli qaz istismar sahələrinə elektron formada göndəriləcək. Bu isə daxil olan şikayət və ya təkliflərin dərhal araşdırılaraq həll edilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, daxil olan bütün müraciətlər arxivləşdiriləcək. Bunun üçün artıq müvafiq proqram təminatı yaradılmış və lazımi materiallarla təmin olunub. Hazırda xidmət fəaliyyət göstərir, işçilərin təlimatlandırılması və istifadə qaydaları haqqında təlimlər davam etdirilir. Yaxın vaxtlarda xidmət tam istifadəyə veriləcək. ( apa.az )
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri