“Azərkosmos” Dubayda keçirilən sərgidə stendlə iştirak edir

13-05-2025 / 19:12

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) mayın 13-dən 15-dək Dubayda keçirilən “SATExpo 2025” sərgisində S3-A20 nömrəli stendi ilə iştirak edir.

Xeberler.az məlumat verir ki, “SATExpo 2025” çərçivəsində “Azərkosmos”un gündəliyinə Afrika regionunda onillik uğurlu fəaliyyətin təqdimatı, “Azconnexus” xidmətləri üzrə ən son yeniliklər və Bakı Teleportunun geniş xidmət spektrinin nümayişi daxildir. Sərgi müddətində müxtəlif yayım şirkətləri və peyk operatorları ilə yeni əməkdaşlıqların qurulması istiqamətində müzakirələrin aparılması da nəzərdə tutulur.

“Azərkosmos”un stendi məşhur memar Zaha Hadidin Heydər Əliyev Mərkəzinin konsepsiyasına istinadən dizayn edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə