"Azərkosmos” xüsusi gücləndirilmiş iş rejimində keçib

31-03-2020 / 21:24

“Azərkosmos” ASC Koronavirus pandemiyasının ölkədə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə xüsusi gücləndirilmiş iş rejimində keçib.

Xeberler.az bildirir ki, ofis şəraitində əməkdaşların bir arada işləməsi xüsusi karantin rejimində riskli hesab olunur.

Belə ki, ofisdə olması kritik olan əməkdaşlar istisna olmaqla müəssisə işinin effektivliyini saxlayaraq evdən distant işləmə sistemində fəaliyyətini davam etdirir.

Peyk operatorlar və mühəndislər 24 saat növbəli iş rejimində tam izolyasiya olunan iş şəraitində hər 3 peykin (“Azerspace-1”, “Azerspace-2” və “Azersky”) fasiləsizliyini təmin edir və onları daim nəzarətdə saxlayır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə