Azərkosmosun xəritəsi “Esri Map Book” nəşrinə daxil edilib

18-07-2025 / 18:17

Azərkosmosun Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzi tərəfindən tərtib edilmiş “The Cropmap of Azerbaijan” (Azərbaycanın əkin növləri) adlı xəritə nüfuzlu xəritəçilik nəşrlərindən biri olan “Esri Map Book”un 40-cı buraxılışına daxil edilib.

Xeberler.az bildirir ki, hər il nəşr olunan “Esri Map Book” ArcGIS proqram təminatından istifadə edilərək yaradılmış qabaqcıl xəritə və tətbiqləri nümayiş etdirir. Bu nəşr Esri Beynəlxalq İstifadəçi Konfransının Xəritə Qalereyasından seçilən ən yaxşı işləri təqdim edir və CİS texnologiyasının müxtəlif sahələrdə necə tətbiq olunduğunu geniş auditoriyaya çatdırır.

Bu il “Esri Map Book”un əsas mövzusu “GIS Uniting Our World” (Dünyamızı Birləşdirən CİS) adlanır. Mövzu coğrafiyanın gücündən istifadə edərək qlobal bağlılığı gücləndirmək və ortaq məqsədləri irəli aparmaq üçün mütəxəssislərin birgə səylərini vurğulayır. Seçimə daxil edilən xəritələr arasında “The Cropmap of Azerbaijan” ölkəmizin kənd təsərrüfatı potensialını əks etdirən bir nümunədir.

Azərkosmosun bu uğuru Azərbaycanın CİS sahəsində artan potensialını və innovativ yanaşmalarını beynəlxalq ictimaiyyətə nümayiş etdirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə