Lenovo şirkəti IFA 2016 sərgisində Moto-nun yeni smartfonlarını, həmçinin noutbukların tam seriyasını ictimaiyyətə təqdim edib.
Nümayiş olunanlar sırasında ən qeyri-adi olan sensor klaviaturalı Yoga Book-dur.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Yoga Book-un sensor paneli toxunuşlara həssasdır. Düymələrin sərhədləri işığın köməyi ilə göstərilmişdir, lakin onu söndürmək və paneldən rəsm çəkmək üçün də istifadə etmək mümkündür.
Yoga Book-da fiziki düymələrdən imtina qeyri-adi görünsə də, bu, müasir qərardır. Yeni formata alışmaq asan olsun deyə, klaviatura sensor hissələrin toxunuşuna cavab olaraq mikrovibrasiya şəklində əks əlaqəyə malikdir. Bundan başqa, klaviaturada sözlərin düzgün yazılışı və avtomatik korreksiya funksiyaları da mövcuddur.
Yoga Book-dan noutbuk, planşet, təqdimatların hazırlanması üçün panel, o cümlədən şəkil çəkmək üçün alət kimi istifadə etmək mümkün olacaq.
10,1 düymlük ekrana malik qurğunun 4 Qb əməli, 64 Qb daxili yaddaşı vardır. Noutbukun akkumlyatoru isə 15 saata kimi enerji saxlaya bilir.
Qeyd edək ki, Yoga Book-un yeni versiyası 2 cür olacaq: Android 6.0 əməliyyat sistemilə işləyən noutbukun qiyməti 499 dollar, Windows əsasında işləyən noutbukun qiyməti isə 549 dollar təşkil edəcək. Qurğunun oktyabr ayında satışa çıxarılacağı gözlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri