“Azərpoçt” MMC-nin Filiallar şəbəkəsinin idarə edilməsi departamentinin direktoru Orxan Məmmədov Çin Xalq Respublikasında “Şanxay Əməkdaşlıq Təşkilatı üzrə rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq seminarda iştirak edib.
Xeberler.az məlumat verir ki, tədbir Çin Xalq Respublikasının İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Pekin, Tyancin və Sian şəhərlərində keçirilib.
Seminar çərçivəsində rəqəmsal iqtisadiyyat, süni intellekt texnologiyalarının tətbiqi, elektron hökumət xidmətləri, “ağıllı şəhər” həlləri, yaşıl rəqəmsal infrastrukturlar və sənaye internetinin inkişafı kimi aktual mövzular müzakirə olunub. Eyni zamanda, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və təcrübə mübadiləsi həyata keçirilib. Çinin qabaqcıl texnologiya şirkətlərindən olan “Lenova”, “Tencent”, “Siasun” və digər qurumların innovativ layihələri təqdim olunub.
Orxan Məmmədov Tyancin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Rəqəmsal İqtisadiyyat Forumu, eləcə də, Sian şəhərində təşkil olunan qabaqcıl istehsalat zəncirinin təşviqi mövzusunda beynəlxalq sərgidə də iştirak edib. Həmçinin, Çin modeli əsasında “yaşıl rəqəmsal infrastruktur”un yaradılması və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq imkanları müəyyən edilib. Gələcəkdə azərbaycanlı mütəxəssislərin Çin müəssisələrində təcrübə keçməsinə dair əməkdaşlıq formatları da təklif olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları