Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Prezidentin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “ByteDance” şirkətinin “Volcano Engine” platformasının təşkil etdiyi “FORCE Original Power Conference – Winter” tədbirində iştirak ediblər.
Xeberler.az məlumat verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Konfrans çərçivəsində sənaye və biznes üçün agent əsaslı Süni İntellekt (Sİ) yanaşmalarının təsiri, Sİ həllərinin real sektorlarda tətbiqi, eləcə də böyük dil modellərinin və agent inkişaf ekosisteminin yenilənmələri müzakirə olunub. Tədbirdə, o cümlədən “Doubao” model xəttinin yenilənməsi və Agent inkişaf alətlərinin təkmilləşdirilməsi təqdim olunub.
Səfər çərçivəsində “BytePlus” şirkətinin direktoru Yongliang Zhang ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası ilə “ByteDance/BytePlus” arasında əməkdaşlıq perspektivləri, “BytePlus” tərəfindən təqdim olunan süni intellekt həllərinin Azərbaycanda tətbiqi, ölkəmizdə məlumat mərkəzinin yaradılması və Sİ sahələrində birgə sərmayə və tərəfdaşlıq imkanları müzakirə edilib.
Əməkdaşlığın davamı olaraq tərəflər arasında koordinasiyanın gücləndirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. İşçi qrupunun əsas məqsədi prioritet istiqamətlərin müəyyənləşdirilməsi, mümkün birgə layihələrin qiymətləndirilməsi və əməkdaşlıq üzrə praktik yol xəritəsinin formalaşdırılması olacaq.
“ByteDance” 2012-ci ildə təsis edilmiş, süni intellektlə dəstəklənən innovativ platformaların yaradılmasına fokuslanan qlobal texnologiya şirkətidir. Şirkət insanların məlumatları kəşf etməsinə, yaratmasına və paylaşmasına kömək edən məzmun və məhsuldarlıq həllərini inkişaf etdirir. Bu məhsullara “TikTok”, “Douyin”, “CapCut”, “Lark” və digər müasir həllər daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları