“Azərpoçt” MMC “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb

29-07-2024 / 13:48

 Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının açılışı münasibətilə “Azərpoçt” MMC “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb.

 Markanın üzərində Yay Olimpiya Oyunlarına daxil olan idman növlərinin simvolları əks olunub. Tərtibatda istifadə olunan rəng çalarlarının Azərbaycan idmançılarının “Yay Olimpiya Oyunları 2024”də iştirakı üçün təqdim olunan vahid idman formasının rəng çalarlarına uyğun olmasına xüsusi diqqət yetirilib.

 Poçt markasının üzərindəki təsvirlər rəssam-dizayner Orxan Qarayevə məxsusdur.

 Marka ilə yanaşı, 200 ədəd “Birinci gün” zərfi də hazırlanıb.

 Yay Olimpiya Oyunlarında iştirak edən bütün idmançılarımıza parlaq qələbə arzu edirik!

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə