Previous Next
Bağla

Azerspace peykinin tutumlarının icarəsi şərtlərini razılaşdırılıb

14-07-2011 09:20
 Azerspace peykinin tutumlarının icarəsi şərtlərini razılaşdırılıb

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin ilk telekommunikasiya peyki Azerspace-in tutumlarının icarəsi şərtlərini razılaşdırıb.

Xəbərlər-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan kosmik aparatın resurslarının 50 faizindən çoxunu satmaq fikrindədir.

Abbasovun sözlərinə görə, peykin buraxılması layihəsi üzrə işlər plana uyğun gedir. İş qrafikinə uyğun olaraq, Azerspace 2012-ci ilin dördüncü rübündə orbitə çıxarılacaq.

Həmçinin, nazirn sözlərinə görə, məsafədən zondlama, xəritəçəkmə işləri, geoloji tədqiqatlar və s. üçün fəaliyyət göstərəcək ikinci aşağı orbital peykin buraxılışı layihəsinin həyata keçirilməsi üzrə tədqiqat işləri aparılır.

Layihənin maliyyə və təşkilati məsələləri ilə Azərbaycanın Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Kosmik Şura məşğul olur.

Azerspace peykinin tikintisinin dəyəri 120 milyon dollar təşkil edir. Bunun 85 faizi Azərbaycan tərəfinə "US Ex-Im" krediti kimi veriləcək, qalan 15 faiz isə dövlət büdcəsi hesabına ödəniləcək.

Azerspace peykinin istehsalçısı qismində ABŞ-ın Orbital Sciences Corporation şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb. Peykin orbitə çıxarılması ilə Fransanın Arianspace şirkəti məşğul olacaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RITN Azerspace-in resurslarının 80 faizini dünya bazarına çıxarmağı planlaşdırır

12-04-2010

AZERSPACE telekommunikasiya peykinin gələcək istehsalçısı ilə müqavilə imzalanıb

28-05-2010

AZERSPACE-nin inşası ilə əlaqədar əsas müqavilə imzalanıb

01-06-2010

Azərbaycanın ilk peyki orbitə buraxıldı

08-02-2013

Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

25-10-2017

Azərbaycanın ilk peyki 2012-ci ilin sonunda orbitə çıxarılacaq

05-11-2010

“AzerSat”-ın yaradılması ilə bağlı tenderdə Amerika şirkəti qalib gəlib

19-08-2009

"Azerspace 2"-nin icarəsi üzrə ilkin razışlma əldə olunub

19-01-2015

Azərbaycanın ikinci peyki 191,36 milyon dollara başa gələcək

24-10-2015

Azerspace-2-nin orbital mövqeyinə çatması üçün 5 ay vaxt lazımdır

27-09-2018

Milli peykimizin orbitdəki yeri müəyyənləşdi

06-11-2010

Azerspace-2 peyki kommersiya fəaliyyətinə başlayıb

01-02-2019

Nazir Azərbaycanın ikinci peykindən danışdı

06-02-2015

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Azərbaycan ilk peykin istismarından 650 mln. dollar qazanacaq

19-02-2013

Milli rabitə peykinin orbitə çıxarılması üzrə layihənin ümumi məbləği açıqlandı

12-08-2009

Azərbaycanın ilk milli süni peyki 2012-ci ilin payızında orbitə çıxarılacaq

22-10-2010

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018

Növbəti peykimiz aprel ayında orbitə çıxarılacaq-Rəsmi

11-01-2018

“Azerspace-2” peykinin orbitə çıxarılması planı hazırlanıb

23-04-2015

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

Azərbaycanın ikinci peykinin buraxılışı yenə təxirə salındı

02-07-2018

Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə