AzerTelecom Xəzər İnnovasiya Texnologiyaları sərgisinə qatılıb

19-08-2019 / 11:33

Xeberler.az bildirir ki, Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet
provayder şirkəti AzerTelecom cari ilin 11-12 avqust tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş I Xəzər İqtisadi Forumu çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları sərgisində təmsil olunub.

Şirkətin forum çərçivəsində sərgidə öz stendi ilə iştirak məqsədi müxtəlif telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, mövcud və potensial tərəfdaşlarla faydalı fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub. Sərgi günlərində AzerTelecom şirkətinin stendi maraqla qarşılanıb, sərgi iştirakçılarına şirkətin xidmətləri və icra olunan layihələr barədə geniş məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub. Türkmənbaşı şəhərinin Avaza milli turistik zonasında baş tutmuş I Xəzər İqtisadi Forumunda və Xəzər İnnovasiya Texnologiyaları Sərgisində Xəzəryanı ölkələr, eləcə də Niderland, BƏƏ, Çin, Türkiyə, Belarus, Fransa, Yaponiya, Almaniya, Özbəkistan, Finlandiya və digər ölkələri təmsil edən şirkətlər iştirak ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə