Previous Next
Bağla

Ekspert : Artıq 2 ili tamam olan DATA Mərkəz gözləntiləri doğruldubmu?

12-03-2019 16:38
Ekspert : Artıq 2 ili tamam olan DATA Mərkəz gözləntiləri doğruldubmu?

"İki-üç il öncə Azərbaycanda nəhəng bir Data Mərkəz istifadəyə verilib. Operatoru da Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AzİnTelecom dövlət qurumudur. Data Mərkəz qurulmağa başlayanda UNDP dəstək veiridi, sonralar isə büdcədən milyonlarla vəsait ayrılıb.
Yüksək standartlara malik olan bu Data Mərkəzin ölkəmiz üçün əhəmiyyəti hədsiz böyükdür. Mərkəz bir neçə istiqamətdə fəaliyyət göstərir, müxtəlif İT xidmətlər təklif edir.

Gözləntilər vardı ki, bu qurum xarici resurslardan asılılığı azaldacaq, dövlət xərclərini optimallaşdıracaq, gəlirlər əldə edəcək, eGov quruculuğuna yardım edəcək, korporativ qurumlara xidmətlər təklif edəcək, global resursları Azərbaycana cəlb edəcək və s. 

Artıq 2 ili tamam olan DATA Mərkəz gözləntiləri doğruldubmu? Bu suala cavab vermək hələlik çox çətindir. Qurumun fəaliyyətinin nəticələri ilə bağlı hesabatlılıq, şəffaflıq yetərli deyil. Sadəcə, son iki ildə Data Mərkəz bir sıra təqdimatlar edib, xidmətlərini təqdim edib. Müşahidələr göstərir ki, bu dövlət qurumunun biznes modelində, fəaliyyətinin qurulmasında ciddi qüsurlar var."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert  eyni zamanda AzİnTelecom-un birbaşa telefon nömrə satışını həyata keçirməsindən də danışıb:

"AzİnTelecom əvvəllər böyük şirkətlərə İP telefoniya xidmətləri göstərirdi. Yəni böyük şirkətlərə SİP nömrələr təklif edirdi. Şirkətlər də, bu xidmət üçün 80 000 manat lisenziya haqqı ödəyirdilər. Beləliklə bu lisenziyanı əldə edən şirkətlər də kiçik və orta biznesə internet üzərindən bu nömrələrin satışını həyata keçirirdilər.
İndi baxıram ki, artıq AzİnTelecom özü birbaşa telefon nömrə satışı (012 200 xx xx) ilə məşğul olmağa başlayıb.
Yəni qurum, həm xidmət üçün lisenziyanı verir, həm də elə özü də xidməti göstərir. Bu nəhənglikdə şirkət artıq telefon nömrələrin satışını həyata keçirir. Nəticəsi isə ondan ibarət olacaq ki, indiyədək bu xidməti göstərən Delta (012 404 xx xx), AzerTelecom (012 310 xx xx), Smart Systems, Castel və s. şirkətlərini bazarda xeyli sıxışdıracaq.

Eyni zamanda AzİnTelecom açıqlama verib ki, indi də Virtual ATS xidmətləri də təqdim edəcək. İndiyədək bunu bir-iki kiçik və orta səviyyəli şirkətlər edirdi. Bunlar sadəcə hansısa bir korporativ şirkətdə sadəcə bir server qurmaqla aylıq xidmət haqqı alaraq biznes qururdular. Deməli bu sahənin də inkişafının əngəllənəcəyini gözləmək olar."

Osman Gündüz sonda AzİnTelecom-un İT biznes mühitin inkişafına yönələn fəaliyyətə üstünlük verməli olduğunu da vurğuladı :

"AzİnTelecom qarşısında duran əsas vəzifə dövlətə məxsus məlumat bazaları sahəsində , İT xidmətlər sahəsində dövlət xərclərini optimallaşdırmaq, yeni biznes sahələri üçün mühit yaratmaq, biznesə yeni İT həllər təqdim etmək olmalıydı. Hələ də bəzi dövlət qurumları özləri üçün serverlər alırlar, özəl DATA Mərkəzləri yeniləyirlər. AzİnTelecom isə telefon nömrəsi satmağa üstünlük verir.

Düşünürəm ki, AzİnTelecom dövlət xərclərinin optimallaşdırlması və İT biznes mühitin inkişafına yönələn fəaliyyətə üstünlük verməlidir."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
2030-cu ilə kimi iki data mərkəz istifadəyə veriləcək

2030-cu ilə kimi iki data mərkəz istifadəyə veriləcək

09-10-2025
“Hökumət buludu”na keçən dövlət qurumlarının sayı açıqlanıb

“Hökumət buludu”na keçən dövlət qurumlarının sayı açıqlanıb

09-09-2025
Ekspert: 70 nəfərlik tədbir üçün 70 min nəfərlik stadiona nə ehtiyac var?

Ekspert: 70 nəfərlik tədbir üçün 70 min nəfərlik stadiona nə ehtiyac var?

02-09-2019
Data Mərkəz istifadəyə tam hazırdır

Data Mərkəz istifadəyə tam hazırdır

23-10-2015
Milli İnternet Mükafatı müsabiqəsinə qeydiyyat davam edir

Milli İnternet Mükafatı müsabiqəsinə qeydiyyat davam edir

23-10-2023
Ekspert: Dövlət Gömrük Komitəsi nə üçün İnzibati binaya köçmür?

Ekspert: Dövlət Gömrük Komitəsi nə üçün İnzibati binaya köçmür?

07-04-2025
Data Mərkəzi Microsoft Office 365 lisenziyasının satışına  başlayır

Data Mərkəzi Microsoft Office 365 lisenziyasının satışına başlayır

17-09-2018
Regional Data Mərkəzin xidmətindən niyə istifadə etməli?

Regional Data Mərkəzin xidmətindən niyə istifadə etməli?

21-04-2017
Azİntelecom DATA mərkəzinin alınması üçün tender elan edib

Azİntelecom DATA mərkəzinin alınması üçün tender elan edib

28-06-2016
“DATA Mərkəz maliyyə itkisini aradan qaldıracaq”

“DATA Mərkəz maliyyə itkisini aradan qaldıracaq”

29-09-2015
Data Mərkəzin təchizatı hansı şirkətlərə tapşırılacaq?

Data Mərkəzin təchizatı hansı şirkətlərə tapşırılacaq?

14-07-2016
“AzİnTelecom”un departament direktoru vəzifəsindən azad olundu

“AzİnTelecom”un departament direktoru vəzifəsindən azad olundu

20-06-2023
Yevlaxda inşa olunacaq DATA mərkəzi ölkənin kibertəhlükəsizlik səviyyəsini artıracaq

Yevlaxda inşa olunacaq DATA mərkəzi ölkənin kibertəhlükəsizlik səviyyəsini artıracaq

11-03-2019
Azərbaycanda iri innovasiya mərkəzi tikiləcək

Azərbaycanda iri innovasiya mərkəzi tikiləcək

18-05-2018
“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021
Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020
Azərbaycanda ilk dəfə Data Mərkəz istifadəyə veriləcək

Azərbaycanda ilk dəfə Data Mərkəz istifadəyə veriləcək

10-04-2015
Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025
DATA-mərkəzin istismara veriləcəyi tarix açıqlanıb

DATA-mərkəzin istismara veriləcəyi tarix açıqlanıb

09-06-2015
DATA Mərkəz yaxın günlərdə istifadəyə veriləcək

DATA Mərkəz yaxın günlərdə istifadəyə veriləcək

29-09-2015
 “Data mərkəzlərin sayının artırılmasına ehtiyac var”

“Data mərkəzlərin sayının artırılmasına ehtiyac var”

24-08-2015
Nazirliyin Data Mərkəzi nə üçün müştəriləri cəlb edə bilmir?

Nazirliyin Data Mərkəzi nə üçün müştəriləri cəlb edə bilmir?

22-11-2017
Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025
Dövlət qurumları məlumat bazalarını   harada saxlamalıdırlar ?

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə