AzMİU komandası “Robotex Türkiye EurAsia – Azerbaijan 2025”in qalibi olub

20-05-2025 / 12:04

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika və informatika texnologiyaları fakültəsinin komandası ölkəmizdə ilk dəfə keçirilən və beynəlxalq əhəmiyyət daşıyan “Robotex Türkiye EurAsia – Azerbaijan 2025” Olimpiadasında mühüm uğura imza atıb.

Xeberler.az məlumat verir ki, fakültənin müəllimi Elvin Qurbanovun rəhbərliyi ilə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Nuray Abdullazadə və informasiya texnologiyaları ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Cavad Əliyevdən ibarət komanda yarışmada birinci yerin qalibi olub.

Qeyd edək ki, “Robotex Türkiye EurAsia – Azerbaijan 2025” müsabiqəsi dünyanın nüfuzlu robototexnika festivallarından biri olan “Robotex International” tərəfindən təşkil olunur. Bu mötəbər yarışma iştirakçılara mühəndislik, proqramlaşdırma, robototexnika və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirmək, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə təcrübə mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlıq qurmaq üçün geniş imkanlar təqdim edir.

Yarışma 19-dan çox kateqoriyanı əhatə edir və həm tələbələr, həm də peşəkarlar üçün nəzərdə tutulub. Bu isə iştirakçılara müxtəlif istiqamətlərdə özlərini sınamaq imkanı yaradır. Layihələrin hazırlanması zamanı komanda üzvlərinin nümayiş etdirdiyi yüksək texniki bilik, innovativ yanaşma və komanda işi onların uğurunda mühüm rol oynayıb.

Komandanın əldə etdiyi nailiyyət AzMİU tələbələrinin texnologiya və mühəndislik sahəsində beynəlxalq arenada da rəqabətə davamlı olduqlarını bir daha təsdiqləyir. Bu cür uğurlar universitetin təhsil strategiyasının və elmi-tədqiqat fəaliyyətinin düzgün istiqamətdə qurulduğunu nümayiş etdirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə