Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq arenada növbəti uğura imza atıb. Universitet 2025-ci ildə ilk dəfə olaraq dünyanın nüfuzlu reytinq sistemlərindən biri olan “QS Stars” qiymətləndirməsində iştirak edib və ümumi nəticə üzrə ən yüksək göstərici olan 5 ulduzu qazanmağa nail olub.
Xeberler.az bildirir ki, “QS Stars” – beynəlxalq ali təhsil müəssisələrinin müxtəlif sahələr üzrə fəaliyyətini qiymətləndirən və 9 əsas meyar üzrə ulduzlarla dəyərləndirən bir sistemdir. Hər bir meyar üzrə maksimal nəticə 5 ulduzla ifadə olunur. AzMİU bu qiymətləndirmədə yüksək nəticə göstərərək bir sıra sahələrdə 5 ulduzla təltif olunub.
AzMİU-nun “QS Stars” reytinqində əldə etdiyi nəticələr aşağıdakı kimidir:
∙ Tədris - 5 ulduz
∙ Şərait və imkanlar - 5 ulduz
∙ Məzunların məşğulluğu - 5 ulduz
∙ Səmərəli idarəetmə - 5 ulduz
∙ Sosial təsir - 5 ulduz
∙ Qlobal fəaliyyət - 4 ulduz
∙ Akademik inkişaf - 3 ulduz
∙ İncəsənət - 3 ulduz
∙ Müxtəliflik, bərabərlik və inklüzivlik - 5 ulduz
Bu nəticə AzMİU-nun tədris keyfiyyəti, kampus imkanları, məzunlarının əmək bazarına uğurlu inteqrasiyası, idarəetmə mexanizmləri və beynəlxalq əməkdaşlıq sahəsində göstərdiyi yüksəksəviyyəli fəaliyyətinin bariz göstəricisidir.
AzMİU-nun “QS Stars” reytinqində əldə etdiyi ümumi 5 ulduzlu nəticə universitetin beynəlxalq standartlara cavab verdiyini, davamlı inkişaf strategiyasına malik olduğunu və qlobal təhsil məkanında mövqeyini möhkəmləndirdiyini təsdiqləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları