UNEC tələbələri “Robotex International 2025” yarışında uğur qazanıblar

17-12-2025 / 15:40

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən “Robotex International 2025” beynəlxalq robot texnologiyaları yarışmasının final mərhələsində Azərbaycanı təmsil edən UNEC tələbələri böyük uğura imza atıblar.

Xeberler.az məlumat verir ki, final mərhələsində 32 ölkədən 921 komandanın qatıldığı gərgin və rəqabətli yarışda UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “UNECode” komandası “Stoneridge Entrepreneurship Challenge” kateqoriyası üzrə 56 komanda ilə mübarizə aparıb. İnnovativ yanaşma və peşəkar bacarıqları ilə fərqlənməyi bacaran UNEC tələbələri dünyada 5-ci, region və Azərbaycanda isə 1-ci olublar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən “UNECode” komandasında Rəqəmsal İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələri Aşurbəy Məmmədzadə, Əli Səfərli, Məhəmməd Mərdanov, Zahid Təzəxanov və Tofiq Əliyev təmsil olunublar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə