Previous Next
Bağla

AzTU-da daxili qrant müsabiqəsinin qalib layihələri elan edilib

07-01-2026 13:48
AzTU-da daxili qrant müsabiqəsinin qalib layihələri elan edilib

Azərbaycan Texniki Universitetində (AzTU) elmi-tədqiqat və innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, prioritet elmi istiqamətlərin dəstəklənməsi və universitetin tədqiqat potensialının gücləndirilməsi məqsədilə keçirilmiş daxili qrant müsabiqəsinin qalib layihələri elan olunub.

Xeberler.az bildirir ki, müsabiqə çərçivəsində təqdim edilən layihə təklifləri müəyyən olunmuş qaydalara uyğun olaraq müstəqil ekspertlər tərəfindən qiymətləndirilib, elmi yenilik səviyyəsi, innovativ yanaşma, tətbiq imkanları, eləcə də gözlənilən elmi və sosial əhəmiyyət əsas meyarlar kimi nəzərə alınıb. Qiymətləndirmə nəticəsində müasir elmi çağırışlara cavab verən, yüksək elmi və texnoloji əhəmiyyətə malik layihələr qalib seçilib.

Qalib layihələr mühəndislik, süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, enerji, ətraf mühit, materialşünaslıq, xüsusi texnika və texnologiya və təhsil texnologiyaları kimi strateji əhəmiyyət daşıyan sahələri əhatə edir. Bu layihələrin icrası AzTU-da elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə, elmi nəticələrin tətbiq yönümlü inkişafına, innovasiya mühitinin möhkəmləndirilməsinə və elmi əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, daxili qrant müsabiqəsi universitetin elm siyasətinə uyğun olaraq tədqiqat fəaliyyətinin sistemli şəkildə təşviq edilməsini, elmi potensialdan səmərəli istifadənin təmin olunmasını və beynəlxalq elm məkanında rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir. Layihələrin yerinə yetirilməsi 2026-cı il ərzində həyata keçiriləcək.

Daxili qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin ümumi həcmi 1 285 150 manat təşkil edir.  

Daxili qrant müsabiqəsinin qalib layihələri aşağıdakı kimidir:

1. Fəxrəddin Yusubov - Yerli təbii seolitlərin tətbiqi ilə ağır metal ionlarının içməli və tullantı sularından adsorbsiya üsulu ilə təmizlənməsi prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılması

2. Yadigar İmamverdiyev - PQ-LCA: Qəfəs-əsaslı post-kvant alqoritmlərinin kriptoanalizi və milli kriptoqrafik alqoritmlərin işlənməsi

3. Səyami Hüseynov - İnnovativ texnologiyalar əsasında yeni metal materialların struktur və xassələrinin tədqiqi

4. Ramiz Alıquliyev - Təbii dil emalı texnologiyalarının köməyilə kibertəhdidlərin analizi və aşkarlanması

5. Mehman Həsənov - Süni intellekt texnologiyalarının tətbiqi ilə dəyişən parametrli azad fəzada intellektual optik şəbəkə modelinin yaradılması

6. Zaur Qəmbərov - Hiperlokal açıqlana bilənlik: variantlar arası ayrım edə bilən dərin izah sistemi (Hi-VAX)

7. İsa Xəlilov - Süni intellekt dəstəkli mobil robot layihəsi: kranlarda korroziyanın aşkarlanması

8. Bayram İbrahimov - Radioelektron mübarizə mühitində süni intellekt texnologiyalarının tətbiqi ilə fiber-optik tipli pilotsuz uçuş aparatlarının effektiv idarə olunma üsulunun işlənməsi

9. Zəfər Cəfərov - Hesablama təhsilində Blum Taksonomiyası və süni intellekt texnologiyalarının inteqrasiyası

10. Bəhruz Cəbrayılov - Azərbaycan narının aqro-sənaye yan məhsullarının funksional bioaktiv ekstraktlara davamlı dəyərləndirilməsi

11. Hikmət Əliyev - “WIRE-FREE-BUS”: Azərbaycan şəhərlərində ictimai nəqliyyat üçün dinamik simsiz enerji ötürülməsi sisteminin tədqiqi və pilot tətbiqinin hazırlanması

12. Vaqif Həsənov - Yeni konstruksiyalı günəş kollektorunun yaradılması və binaların isti su təminatının innovativ texnologiyalarla idarə olunması

13. Ələkbər Hüseynov - Tank əleyhinə əl qumbaraatanının reaktiv oymağının diffuziya metalllaşdırılması ilə etibarlılığının təmin edilməsi

14. Rasim Əlizadə - Enerji özünütəminli avtonom yerüstü mina aşkarlama və sahə xəritələndirmə rover sisteminin konseptual və texnoloji işlənməsi

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

İkinci İKT qrant müsabiqəsinin nəticələri dekabrda açıqlanacaq

14-11-2013

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

SOCAR-ın dəstəyi ilə neft hasilatında enerji sərfinin optimallaşdırılmasına dair qrant layihəsi işlənilir

23-04-2026

3-cü qrant müsabiqəsinə layihələrin qəbul şərtləri açıqlandı

29-09-2015

14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

25-04-2025

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

02-05-2018

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016

AzTU “SciVal” elmi-analitik platformasına çıxış əldə edib

19-12-2025

BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

12-03-2025

Robot prezidentlərə fiber-optik xətti barədə məlumat verib

21-10-2025

Ölkədə texnologiya ilə bağlı hansı qrant layihələr olub?-Hesabat

27-04-2018

Qrant müsabiqəsi elan olunub

30-12-2014

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024

TWAS müstəqil beynəlxalq təşkilatı gənc alimlərə qrant elmi-tədqiqat proqramını təklif edir

21-05-2009

Qrant müsabiqəsinin qalib startapları nə vaxt açıqlanacaq?

01-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə