Bakcell şirkəti Bakutel sərgisində quraşdırılmış stendində Azərbaycanda ilk dəfə olaraq 4.5G Pro texnologiyasının imkanlarını və 5G texnologiyasına hazırlığı nümayiş etdirir.
Xeberler.az-ın məlumatına görə, Bakcell şirkətinin stendində Nokia şirkəti ilə birgə quraşdırılmış “5G-yə doğru” adlı güşədə ziyatrətçilər ən yeni 4.5G Pro texnologiyasını öz gözləri ilə görə və hətta ilkin LTE texnologiyasından 10 dəfə daha yüksək olan sürəti müşahidə edə biləcəklər.
Bakcell və Nokia şirkətlərinin birgə təqdim etdiyi bu nümayişdə 1 Gb/saniyəyədək fantastik sürət sərgilənir. Beləliklə, sərgidə Bakcell stendinin ziyarətçiləri “Robot Automation Latency” nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanına malik olacaqlar.
“Ultra-yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətlərinə olan tələbatda eksponensial artımı, habelə böyük həcmlərdə məlumat mübadiləsini tələb edən tətbiqlərdən istifadənin yüksək templərlə artdığını nəzərə alaraq, Bakcell şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşlarını və dünya bazarında mövcud olan ən son texnologiyaların tətbiq edilməsini davam etdirir. Gələcək istifadəçilərin böyük data həcmlərini emal etməyə gücü çatan daha yüksək tutumlu və buraxılış qabiliyyətli şəbəkəyə ehtiyacı olacaq. Buna görə də, innovasiyalar sahəsində lider mövqeyimizi qoruyub saxlamaq üçün biz indidən əmin olmaq istəyirik ki, bazarda bu cür texnologiyalara tələbat yarandığı zaman bizim şəbəkəmiz 4.5G Pro və hətta 5G texnologiyasını dəstəkləməyə hazır olsun”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
5G-yə hazırlığın nümayişində gələcəkdə bütün proseslərin avtomatlaşdırılması ilə yanaşı sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılır. Qonaqlar 1 Gb/saniyəyədək inanılmaz internet sürətini müşahidə edə və robot şousuna baxıb əylənə biləcəklər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri