Previous Next
Bağla

Bakcell:“Cihazların keyfiyyəti xidmətin keyfiyyətini artırır”

23-10-2015 21:15
Bakcell:“Cihazların keyfiyyəti xidmətin keyfiyyətini artırır”

Bakcell şirkəti öz şəbəkəsində yüksək səviyyəli müştəri təcrübəsini təmin etmək üçün ən qabaqcıl və müasir texnologiyaları dəstəkləyir.

Yüksək keyfiyyətli mobil internet xidmətlərini təqdim etməklə və öz şəbəkəsini və texniki imkanlarını genişləndirməklə yanaşı, Bakcell şirkəti təqdim etdiyi səs və data xidmətlərindən istifadə edən müştərilərinə daha çox üstünlük verə bilən cihazların funksional imkanlarını da ölçür.

Xeberler.az-ın məlumatına görə, mobil cihazların Bakcell şirkətinin müştəri təcrübəsinin idarə edilməsi sistemi vasitəsi ilə aparılmış monitorinq nəticəsində Bakcell şəbəkəsinin imkan verdiyi texnologiyalardan tam faydalana və yüksək  keyfiyyəti hiss edə bilmək üçün abunəçilər funksional imkanları geniş olan keyfiyyətli cihazlardan istifadə etməlidirlər.

Hazırda bazarda qiymətindən asılı olaraq müxtəlif funksional imkanlara və  müxtəlif brendlərə  məxsus cürbəcür cihazlar təklif olunur. Bakcell öz abunəçilərinin nəzərinə çatdırır ki, düzgün mobil cihaz seçimi onlara Bakcell şəbəkəsində daha yüksək keyfiyyətli  səs və data xidməti  vəd edir. Aşağıda Bakcell müştəriləri üçün bəzi tövsiyələr yer alır:

Cihaz Bakcell şəbəkəsinin tezlik diapazonlarını dəstəkləməlidir: GSM 900 (Band 8), GSM 1800 (Band 3), UMTS 900 (Band 8), UMTS 2100 (Band 1), LTE 1800 (Band 3).

LTE xidmətlərindən istifadə etmək üçün abunəçi Bakcell Müştəri Xidmətləri Mərkəzindən USIM kartını əldə etməlidir. Rayonlarda 3G şəbəkəsində daha yaxşı keyfiyyətlə istifadə edə bilmək üçün UMTS 900 dəstəklənməsi olduqca vacibdir. 

Cihaz Bakcell şəbəkəsinin təmin etdiyi texnologiyaları dəstəkləməlidir: GSM, EDGE, HSPA+, DC-HSPA, LTE, LTE-A (Cat 4, Cat 6), VoLTE. Bakcell xidmətlərinin keyfiyyəti və sürəti cihazın hansı tezlikləri və texnologiyaları dəstəkləyə bilməsindən birbaşa asılıdır. Məsələn, bəzi köhnə cihazlar LTE (və ya hətta 3G) texnologiyasını dəstəkləməyə bilər, bəzi cihazlar isə, hətta yeniləri belə, bu texnologiyanı bəzi məhdudiyyətlərlə qismən dəstəkləyə və yaxud Bakcell şəbəkəsinin işlədiyi tezlik diapazonlarını ümumiyyətlə dəstəkləməyə bilər.

Məşhur  brendlərin cihazlarını almaq məsləhət görülür (məsələn, Apple, Sony, Samsung, HTC, LG, Huawei, Nokia, Microsoft, Bakcell və s.), çünki belə cihazlar güclüdür, etibarlıdır və sabit siqnal qəbulunu və şəbəkədə daha yaxşı əhatə olunmanı təmin edən yüksək keyfiyyətli qəbuledici-ötürücü sistemə malikdir. Bakcell Müştəri təcrübəsinin idarə edilməsi bölməsinin məlumatına görə, Apple iPhone 5/5S, 6/ 6 Plus/ 6S/ 6S Plus, Samsung Galaxy S5 / S6 / S6 Edge, Sony Xperia Z3 / Z4 / Z5, HTC One M9, LG G3 / G4 cihazlarından istifadə edən abunəçilər Bakcell şəbəkəsində əhəmiyyətli dərəcədə  keyfiyyətli təcrübədən faydalanırlar.

Saxta və ya adsız cihazları almaq məsləhət görülmür (məsələn, EXPLAY, Sunny Alricson, Suny Ericssom, Sully Erison, Konka, Nouka, Nony, Jinpeng və s.). Belə cihazların prosessoru ləng və pis keyfiyyətli, proqram təminatı optimallaşdırılmamış, qəbuledici-ötürücü sistemi isə zəif olur. Bu, pis müştəri təcrübəsinə və şəbəkə keyfiyyətinin pis qavranmasına, habelə siqnal və şəbəkə əhatəsinin tez-tez itməsi nəticəsində abunəçi ilə əlaqənin mümkün olmamasına gətirib çıxarır. Cihazların Bakcell tərəfindən keçirilən  sınaq yoxlamaları zamanı müəyyən edilib ki, bu növ cihazlarda istifadəçinin xəbəri olmadan SMS-lər göndərilə bilər ki, bu da pul itkisi ilə nəticələnir. Bundan əlavə, şəbəkənin mərkəzi cihazları idarəetmə sistemi belə cihazları avtomatik olaraq konfiqurasiya edə bilmir.

Bir SİM kartlı cihazlardan istifadə etmək məsləhət görülür. Bir çox hallarda iki, üç, dörd SİM kartlı cihazlarda eyni qəbuledici-ötürücü sistemdən istifadə edilir ki, bu da zənglərin eyni zamanda qəbul edilməsinə imkan vermir, SMS-lərin bir cihaza taxılmış iki müxtəlif SİM karta gəlməsinə səbəb olur. Belə hallarda əlaqə yaratmaq mümkün olmayan, xətti məşğuldur kimi göstərilən, telefonunun batareyası tez tükənən, eləcə də şəbəkə xidmətlərindən və texnologiyalarından istifadəsi məhdudlaşan (adətən, 2G, 3G və LTE şəbəkələrini yalnız bir SİM kart dəstəkləyə bilir, 2-ci, 3-cü və 4-cü SİM kartlar isə yalnız 2G rejimində işləyir) istifadəçinin şəbəkə təcrübəsi pisləşəcək. Şəbəkənin tez-tez dəyişdirilməsi nəticəsində cihazda proqram təminatı xidmətlərinin donması da bir sıra problemlər yaradır.

Cihazın Azərbaycana rəsmi yolla idxal edildiyini və lazımi qaydada qeydiyyata salındığını yoxlamaq tövsiyə olunur, çünki cihazın IMEI məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mərkəzi EIR sistemi tərəfindən həmişə yoxlanaraq təsdiq olunur. Abunəçi öz cihazının IMEI nömrəsini ayarlar menyusundan və ya *#06# yığmaqla cihazın qutusuna çap edilmiş kodla müqayisə edib yoxlaya bilər. IMEI kodu bütün mənbələrdə eyni olmalıdır. Əgər IMEI nömrəsi uyğun gəlmirsə, bu, həmin mobil cihazın oğurluq və ya saxta ola bildiyinə dəlalət edə bilər və belə cihaz Bakcell şəbəkəsinə qoşulmaya da bilər.

Abunəçi öz cihazında internet parametrlərinin düzgün konfiqurasiya edildiyinə əmin olmalıdır. Bakcell öz şəbəkəsində işləyən cihazlar üçün zəruri olan internet parametrlərini avtomatik olaraq təmin etmək üçün xüsusi və analoqları arasında ən yaxşı cihazları idarəetmə platformasından istifadə edir. Bundan əlavə, Bakcell SİM kartı yeni cihaza ilk dəfə taxıldığı zaman Bakcell şəbəkəsinin cihazları idarəetmə sistemi həmin cihazda İnternet parametrlərinin avtomatik olaraq qurulmasını təmin edir. Abunəçi Bakcell-dən aldığı konfiqurasiya SMS-də göstərilən məsləhətlərə əməl etməlidir. Bu gün cihazların əksəriyyəti bu funksiyanı dəstəkləyir, lakin bəzi smartfonlarda (məsələn, iOS və Windows Phone sistemi ilə idarə olunan cihazlar) isə abunəçi parametrləri yükləmək üçün SMS-lə göndərilən linkə keçməlidir. Planşet tipli cihazlar SMS-ləri dəstəkləmədiyinə görə APN qurmalarını internet.bakcell.com səhifəsinə əl ilə konfiqurasiya etmək tövsiyə olunur. Həmçinin, nəzərə alınmalıdır ki, bəzi Android cihazlarında konfiqurasiya SMS-ləri telefonun xüsusi qovluğunda saxlanılır.

Köhnə telefonların batareyaları cihazın şəbəkəyə qoşulması üçün potensial olaraq daha yüksək çıxış gücündən istifadə olunması və ya batareyaların köhnəlməsi səbəbindən daha tez tükənir. Bakcell şəbəkəsində daha yüksək data sürətinin dəstəkləndiyinə baxmayaraq, aşağı keyfiyyətli cihazlar öz daxili quruluşuna görə buraxılış qabiliyyətini məhdudlaşdırır və həddən artıq çox qızır ki, bu da daha çox enerji sərfiyyatına, batareyanın tez tükənməsinə və nəticə etibarı ilə pis istifadə təcrübəsinə gətirib çıxarır. Eyni yerdə olan müxtəlif telefonlarda tamamilə müxtəlif əhatə dairəsi və şəbəkə keyfiyyəti qavrayışı müşahidə edilə bilər. Əgər telefon keyfiyyətli telefondursa, hətta aşağı siqnal səviyyəsi ilə də yaxşı data ötürmə sürəti əldə edilə bilər.

Simsiz cihazların funksionallığı artdıqca, bu, cihazın texniki  mürəkkəbliyində də əks olunur  və beləliklə, cihazların keyfiyyəti xidmətin  keyfiyyətini də artırır. Bakcell  ümid edir ki, bu tövsiyələr abunəçilərimizə düzgün cihaz seçimində  və Bakcell şəbəkəsinin dəstəklədiyi yeni texnologiyalardan faydalanmaqda, sabit və etibarlı bağlantı qurmaqda, güclü siqnal alaraq ən yüksək keyfiyyətli istifadə təcrübəsi əldə etməkdə köməklik göstərəcək.  

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in apardığı monitorinqin nəticələri açıqlanıb

10-11-2015

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018

Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

23-01-2019

Bakcell-dən 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet

26-10-2018

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015

Bakcell metro istifadəçilərini sürətli internet ilə təmin edir

23-12-2015

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

12-05-2022

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Bakcell yeni internet paketlərini təqdim edib

07-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə