Previous Next
Bağla

İnnovativ məhsul, xidmət və tətbiqlərin nümayiş olunduğu sərgi keçirilir

26-10-2018 10:59
İnnovativ məhsul, xidmət və tətbiqlərin nümayiş olunduğu sərgi keçirilir

25-26 oktyabr 2018-ci il tarixində VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. Dövlət və hökumət rəsmilərinin, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirak etdiyi bu forum artıq ənənə halını alıb.

Xeberler.az  bildirir ki, forum günlərində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyon da fəaliyyət göstərir.

Pavilyon “Robopark”, “I2B İdeyadan Biznesə”, “Startaplar” və “Kommersiyalaşdırılmış layihələr” zonalarından ibarətdir.

Ümumilikdə pavilyonda robotiks kursları, dronlar, küləklə işləyən cihazlar, xilasedici, rəngləri tanıyıb müvafiq qaydada ayıra bilən, müxtəlif əşyaların yerini təyin edən robotlar nümayiş olunur.

Bundan başqa, pavilyonda “İdeyadan Biznesə”  layihəsi çərçivəsində həm respublikanın ayrı-ayrı regionlarında, həm də Bakı şəhərində yerləşən ali təhsil ocaqlarından seçilən 3 qalib startapçı öz layihələrini təqdim edir. Həmin layihələr, “Xilaskar qolbaq”, “Ağıllı ev” və “Virtual tur” layihələridir. “Xilaskar qolbaq” insan təzyiqində qeydə alınan problemlərlə bağlı yaxınlıqdakı tibb məntəqələrinə və ya sahə həkimlərinə məlumatların ötürülməsini təmin edir. “Ağıllı ev” məişət cihazlarının məsafədən idarə olunmasına, rutin ev işlərinin avtomatlaşdırılmasına hesablanıb. “Virtual tur” isə onlayn rejimdə turizm obyektlərinin müəyyən edilməsi, bronlaşdırılması üzrə tətbiqdir.

Xaricdə təhsil alan startapçılar da nazirliyin pavilyonunda öz məhsullarını təqdim etmək şansı qazanıb. Belə ki, Estoniyada magistr təhsili alan startapçıların  “ZoomX” şirkəti görmə qabiliyyətinin balanslaşdırılmasına xidmət edən eynəkləri nümayiş etdirilir. Mobil tətbiq vasitəsilə idarə olunan və istifadəçiyə eynəyin nömrəsini (-6; +3 aralığında) öz görmə qabiliyyətinə uyğun tənzimləməyə imkan verən “ZoomX” dəyişən fokuslu dinamik eynək prototipidir.

Həmçinin, monitor vasitəsi ilə məkanları müşahidə edə bilən virtual reallıq (VR) eynəkləri də təqdim olunub.

Pavilyonun digər eksponatı olan avtomobil sürücüləri üçün nəzərdə tutulan “Wake me Up” tətbiqi logistika, sərnişindaşıma və uzaq yol qət edən sürücülər  üçün faydalıdır. Belə ki, proqram təminatı ilə işləyən rahat və innovativ qurğu insanların qəfil yuxulamasının qarşısını alır. Göz qapağının hərəkətinə əsaslanan qurğu insanın yatılı və yaxud oyaq olmasını müəyyən edir. Əgər göz qapağı üç saniyədən artıq qapalı olarsa, bu o deməkdir ki, insan yatıb. Bunu müəyyən edən sensor dərhal xüsusi alqoritm ilə işləyən emal qurğusuna məlumatı göndərir.

Sərgidə təqdim ediləcək “Camtouch” tətbiqi isə kompüterin “mouse”-u vasitəsi ilə istənilən statik şəkili hərəkətə gətirir.

Sosial əhəmiyyətli “Braille teach” cihazı  görmə qabiliyyəti məhdud şəxslərin barmaq toxunuşu ilə əlifbanı öyrənməsini asanlaşdırır.

Pavilyonun kommersiyalaşdırılmış layihələr bölməsində Azərbaycanın rəqəmsal mədəni irsinin də təbliğ olunduğu “Google Art & Culture” beynəlxalq rəqəmli incəsənət və mədəniyyət platforması fəaliyyət göstərir. Dünyanın yüzlərlə təşkilatı, tədbiri, obyekti, eləcə də, bir neçə Azərbaycan muzeyinin də rəqəmli kontenti bu platformada cəmləşib. Bu bölmədə ziyarətçilərin diqqətini çəkəcək “Virtual cərrahiyyə” də təqdim olunub ki, bu layihə rəqəmli texnologiyaların tətbiqi vasitəsilə bərpaedici cərrahiyyədə yüksək funksional və estetik nəticələr əldə etməyə imkan verir.

Qeyd edək ki, sözügedən layihələrin hər biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış və Yüksək Texnologiyalar Parkının rezidenti olan startap layihələridir.

Pavilyon “InnoExpo” adı altında  “İnnovasiyalar həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirlər zamanı da öz işini davam etdirəcək. Bu zaman sərgidə “Qlobal İnfluenser Günü” nün təşkilatçıları olan “Keepface DMCC” və “FA International Trade Events” tərəfindən innovativ startap layihələri və xidmətlər nümayiş olunacaq.

Qeyd edək ki, 26-30 oktyabr tarixlərində Heydər Əliyev Mərkəzində “Bilik İqtisadiyyatı – “Azərbaycanın İnnovasiya Yol Xəritəsi Layihəsinin təqdimatı”, “İdeyadan Biznesə” startap turunun finalı, “Qlobal İnfluenserlər Günü”, “AzInTelecom”dan təhlükəsiz bulud infrastrukturu” konfransları, “Baku Open Cyber Cup” kiber idman turniri, “Əqli mülkiyyət hüquqları” ilə bağlı seminar və  “İKT karyera trendləri” konfransı keçiriləcək.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Humanitar Forumda innovativ məhsul, xidmət və tətbiqlər nümayiş olunacaq

25-10-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi oldu

14-09-2018

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

İnnovasiyalar həftəsi olacaq

26-10-2018

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

Aprel döyüşlərinə həsr olunan virtual reallıq oyunu təqdim olunub.

24-07-2018

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018

Bakı bulvarında dron və robot nümayiş etdirilir

27-04-2019

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə