Previous Next
Bağla

Beynəlxalq Humanitar Forumda innovativ məhsul, xidmət və tətbiqlər nümayiş olunacaq

25-10-2018 15:54
Beynəlxalq Humanitar Forumda innovativ məhsul, xidmət və tətbiqlər nümayiş olunacaq

25-26 oktyabr 2018-ci il tarixində VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayacaq. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirak etdiyi bu forum artıq ənənə halını alıb.

Xeberler.az  bildirir ki,  Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən keçirilir.

Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır. Bu mötəbər tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri müxtəlif mövzuları əhatə edən məruzələrlə çıxış edəcəklər.

Bundan başqa, Forum günlərində Heydər Əliyev Mərkəzində nazirlik tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyon da fəaliyyət göstərir. Pavilyon “Robopark”, “I2B İdeyadan Biznesə”, “Startaplar” və “Kommersiyalaşdırılmış layihələr” zonalarından ibarətdir.

Ümumilikdə pavilyonda robotiks kursları, dronlar, küləklə işləyən cihazlar, xilasedici, rəngləri tanıyıb müvafiq qaydada ayıra bilən, müxtəlif əşyaların yerini təyin edən robotlar nümayiş olunur. Bundan başqa, pavilyonda “İdeyadan Biznesə”  layihəsi çərçivəsində həm respublikanın ayrı-ayrı regionlarında, həm də Bakı şəhərində yerləşən ali təhsil ocaqlarından seçilən 3 qalib startapçı öz layihələrini təqdim edir. Həmin layihələr, “Xilaskar qolbaq”, “Ağıllı ev” və “Virtual tur” layihələridir. “Xilaskar qolbaq” insan təzyiqində qeydə alınan problemlərlə bağlı yaxınlıqdakı tibb məntəqələrinə və ya sahə həkimlərinə məlumatların ötürülməsini
təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovativ məhsul, xidmət və tətbiqlərin nümayiş olunduğu sərgi keçirilir

26-10-2018

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

Bakı bulvarında dron və robot nümayiş etdirilir

27-04-2019

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

Növbəti İdeyadan Biznesə düşərgəsi Şəkidə keçiriləcək

29-08-2018

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026

22-ci Beynəlxalq Doha Forumu başa çatıb

09-12-2024

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə