Previous Next
Bağla

Bakıda COP29 İnformasiya mərkəzləri fəaliyyətə başlayacaq

25-10-2024 16:12
Bakıda COP29 İnformasiya mərkəzləri fəaliyyətə başlayacaq

Qarşımızda duran ən vacib missiyalardan biri COP29-un ən yüksək səviyyədə təşkil olunmasıdır. Məlumdur ki, hər bir tədbir iştirakçısı, eyni zamanda, şəhərimizin qonağı və ziyarətçisi olacaq. Buna görə də ziyarətçi təcrübəsinin də COP29 Azərbaycan Əməliyyat Şirkətində çox böyük önəmi var. Bununla bağlı Əməliyyat Şirkətində komitə yaradılıb. Aidiyyəti şöbələr həmin komitədə iştirak edərək, ziyarətçi təcrübəsinin tədbir müddətində daha da yaxşılaşdırılması üçün müəyyən addımlar atırlar.

Xeberler.az bildirir ki, bunu jurnalistlərə müsahibəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov deyib.

Tədbir üçün müəyyən marşrutlar üzrə xüsusi avtobusların hərəkət edəcəyini xatırladan İ.Cavadov deyib: “Həmin avtobusların dayanacaqlarının ziyarətçilər tərəfindən tapılması, eyni zamanda, məkandan otellərə istiqamət alması üçün müvəqqəti istiqamətverici işarələrin yerləşdirilməsi nəzərdə tutulub. Əlavə olaraq, hava limanı və metronun “Koroğlu” stansiyasının ərazilərində müəyyən istiqamətverici və məlumatverici işarələr yerləşdiriləcək. Bunlar bilavasitə ziyarətçilərə axtardıqları məkanı daha tez və rahat tapmasına şərait yaradacaq.

Digər tərəfdən tədbir məkanının özündə də müəyyən naviqasiya həllərinin yaradılması məqsədilə işlər davam edir. Məlumdur ki, Bakı Olimpiya Stadionunun ətrafında xeyli sayda müvəqqəti tədbir əraziləri yaradılıb. Yeni yaradılan məkanların ziyarətçilər və tədbir iştirakçıları tərəfindən tapılması üçün rəqəmsal xəritə ərsəyə gətirilib. Tədbir iştirakçıları A nöqtəsindən B nöqtəsinə getmək üçün həmin xəritə vasitəsilə marşrutu izləyərək məkanı tapa biləcəklər”.

İlkin Cavadov əlavə edib ki, bir çox brendinq işləri də görülür. Mövcud reklam qurğularında, işıq dirəklərində bayraqların yerləşdirilməsi, müəyyən məkanlarda instalyasiyaların qurulması, həm tədbir məkanının ətrafında, həm də şəhərin mərkəzində, həm də COP29 xüsusi marşrut avtobuslarının üzərində müəyyən brendinqlərin yerləşdirilməsi nəzərdə tutulub. Hazırda brendinq elementlərinə şəhərdə rast gəlmək mümkündür.

“Digər tərəfdən, ziyarətçi təcrübəsinin yaxşılaşdırılması və ziyarətçilərin rahatlığının təmin olunması məqsədilə şəhərdə 9 turizm informasiya mərkəzinin COP29 İnformasiya Mərkəzi kimi eyni anda fəaliyyətə başlaması gözlənilir. Həmin mərkəzlər noyabrdan etibarən 7-si şəhər ərazisində, ikisi hava limanında - “Terminal 1” və “Terminal 2”də olmaqla fəaliyyətə başlayacaq", - deyə o əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

COP tarixində bir ilk: "Çağrı Mərkəzi" fəaliyyət göstərəcək

25-10-2024

COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb

08-11-2024

COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib

24-10-2024

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində yeni menyu yaradılıb

06-11-2024

Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkətidir

07-11-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

02-11-2024

Azərbaycanda virtual sərgi və konfrans məkanı istifadəyə verildi

29-12-2023

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

COP29.az vebsaytı istifadəyə verilib

03-05-2024

COP29-un yenilənmiş rəqəmsal məlumat platforması istifadəyə verilib

04-11-2024

COP29 konfransının proqramı açıqlanıb

09-11-2024

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024

WUF13-də nəqliyyatın effektiv təşkili üçün rəqəmsal xəritə hazırlanıb

05-05-2026

COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir

21-08-2024

TEKNOFEST-2023 başa çatıb, bu il festivalı 4,6 milyon insan ziyarət edib

02-10-2023

“TEKNOFEST Azərbaycan” festivalı ziyarətçi qeydiyyatına start verir

01-05-2022

"Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" yan tədbiri təşkil olunub

15-11-2024

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

COP29 trafikinin kiberhücumlara qarşı mütəmadi monitorinqi təşkil edilib

02-11-2024

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025

Nar Bakutel stendində keçirilmiş müsabiqənin qalibləri

08-12-2017

Bu gün Bakıda COP29 işə başlayır

11-11-2024

“Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa keçiriləcək

07-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə