Avqustun 19-da paytaxtda “Google” şirkətinin “Google I/O Extended 2023 Baku” tədbiri keçiriləcək.
Xeberler.az məlumat verir ki, “Google” şirkətinin developer həlləri, yeni texnologiyalar haqqında məlumat qazana biləcəyiniz “Google I/O”nun topluluqlardakı əksi devizi altında keçiriləcək. Tədbir proqramı “Genrative Aİ” , “Quantum Machine Learning” və “Cyber Security”i mövzuları əhatə edəcək.
Qeyd edək ki, builki “Google I/O Extended Baku” tədbirinin iştirakçılarına “Google” imzalı virtual “badge”lər və “sticker” hədiyyə olunacaq.
“Google I/O” “Google” şirkəti tərəfindən San-Fransiskoda keçirilən proqram təminatı tərtibatçıları üçün illik toplantıdır. Bu tədbir çərçivəsində “Google I/O”, “Google və Android”, “Chrome”, “Chrome OS”, “Google API”, “Google Web Toolbar”, “App Engine” kimi açıq mənbəli veb-texnologiyaları ilə birgə hazırlanmış veb və ya mobil əsaslı proqramlar üzrə bir çox texniki təqdimatlar keçirilir və müzakirələr aparılır.
İlk dəfə 2008-ci ildə təşkil edilən “Google I/O” tədbiri “Açıq innovasiya” mənasını verir, həmçinin ingiliscə giriş/çıxış “I” və “O” sözlərini əks etdirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri