“Barkamp Azərbaycan 2009” -un keçirilmə tarixi müəyyənləşdi

17-07-2009 / 11:18

14-16 avqust tarixlərində, Gəncə şəhərində,növbəti “Barkamp Azərbaycan 2009″-un reallaşacağı gözlənilir.

Gəncədə keçiriləcək bu qeyri-konfransın əsas məqsədi Azərbaycanda yeni İnternet və Yeni Media layihələrinin inkişafını stimullaşdırmaq, gənc, eləcə də təcrübəli İT və Yeni Media mütəxəssisləri arasında təcrübə mübadiləsinə, son internet texnologiyalarının tətbiqinə təkan vermək, bu sahələrdəki problemlərin, inkişaf perspektivlərinin müzakirəsini təşkil etməkdir.

Layihə təşkilatçılarının xeberler.az-a verdiyi məlumata əsasən bu qeyri-konfransda İT və Yeni Medianın müxtəlif istiqamətlərindən olan 200-dən çox yerli mütəxəssisin, özəl şirkətlərin və bu sahə ilə yaxından maraqlananların, eləcə də xarici ekspertlərin iştirakı da gözlənilir.

Tədbirin dəstəkçiləri isə artmaqda davam edir.Hələlik bu sıraya \"HP\", \"Unibank\", \"Nexus\" kimi nüfuzlu şirkətlər qoşulub.

Məlumat üçün bildirək ki,BarKamp (BarCamp) İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə